Həcc ziyarəti baş tutmaya bilər
Tarix: 31-05-2020, 11:43 | Çap et
Həcc ziyarəti baş tutmaya bilər
Koronavirus pandemiyası səbəbindən bu il Həcc ziyarətinin olub-olmayacağı hələ məlum deyil.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, Səudiyyə Ərəbistanından bu il Həcc ziyarətinin ləğv olunması ilə bağlı idarəyə heç bir rəsmi məktub daxil olmayıb: "Hələlik Səudiyyə Ərəbistanının tövsiyəsi ilə Həcc ziyarəti ilə bağlı sənədləşmə işləri dondurulub. Sənəd qəbulu isə rəsmi şəkildə dayandırılmayıb. İstəyənlər sənədlərini təqdim edə bilərlər".
Məlumata görə, karantin rejimindən əvvəl Həcc ziyarətinə getmək üçün 300-dək insan sənəd verib.
Qeyd edək ki, bu il Həcc qiyməti 4 490 dollar müəyyənləşmişdi. Kvota isə 1500 nəzərdə tutulmuşdu. Həcc ziyarətinə gedişlər iyul ayının 20-dən nəzərdə tutulurdu.




Xəbərlər
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net