Ağ Evin qarşısında iğtişaşlar baş verib
Tarix: 30-05-2020, 20:11 | Çap et
Ağ Evin qarşısında iğtişaşlar baş verib

Mayın 30-da gecə saatlarında ABŞ-da, Ağ Evin qarşısında iğtişaşlar başlayıb.

Bu barədə "Report" CNN-nə istinadən xəbər verir.

Bildirilir ki, etirazçılar ABŞ-ın xüsusi xidmət oranlarının əməkdaşları tərəfindən saxlanılıb. Dövlət başçısının iqamətgahı yaxınlığında iğtişaşlar beş saatdan çox davam edib.

Etirazçılar prezidentin mühafizəçilərinə müxtəlif əşyalar atıblar və hasarları aşmağa çalışıblar. Xüsusi xidmət orqanlarının əməkdaşları azı bir dəfə zəhərli qazdan istifadə edib.

Etirazçılar Minneapolisdə vəfat edən qaradərili mühafizəçi Corc Floyda dəstək şüarları səsləndiriblər və prezident Donald Trampa qarşı etirazlarını nümayiş etdiriblər.




Xəbərlər
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net