Çində SES-də partlayış olub, 6 nəfər ölüb, 5-i yaralanıb
Tarix: 29-05-2020, 16:36 | Çap et
Çində SES-də partlayış olub, 6 nəfər ölüb, 5-i yaralanıb

Çinin cənub-qərbində yerləşən Yunnan əyalətində Su Elektrik Stansiyasında (SES) partlayış nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Yunnan əyalətinin hökuməti açıqlayıb.

Bildirilib ki, qəza mayın 29-da əyalətin Moszyan qəsəbəsində baş verib.

Məlumata görə, partlayış su bəndinin havalandırma sisteminin təmizlənməsi zamanı olub. Axtarış-xilasetmə işləri başa çatıb.

Qəzanın səbəbi araşdırılır.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net