İtaliyada son sutka ərzində daha
397 nəfər koronavirus infeksiyasına yoluxub.
APA xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.
Məlumata görə, bu günədək ölkədə
230 555 nəfər infeksiyaya yoluxub.
Son bir gündə virusdan ölənlərin sayı da
78 nəfər artaraq ümumilikdə
32 955 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri
144 658 xəstə sağalıb.