İsveçdə işsizlik səviyyəsi hökumətin ölkədə yeni bir növ koronavirusun yayılmasına qarşı ciddi məhdudlaşdırıcı tədbirlər tətbiq etməkdən imtina etməsinə baxmayaraq aprel ayında 6,7% -dən 7,9% -ə yüksəlib.
“APA-Economics”in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İsveç Statistika İdarəsinin açıqladığı hesabatda qeyd olunub.
Məlumata əsasən, mövsümi amillər nəzərə alınmadan işsizlik səviyyəsi 8,2% təşkil edib.