Baş nazir: “Gürcüstan müəyyən məhdudiyyətləri saxlamağa məcburdur”
Tarix: 22-05-2020, 11:44 | Çap et
Baş nazir: “Gürcüstan müəyyən məhdudiyyətləri saxlamağa məcburdur”

“Gürcüstan ölkə əhalisinin sağlamlığı üçün müəyyən məhdudiyyətlərin tətbiqini davam etdirməyə məcburdur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria deyib.

Onun sözlərinə görə, Gürcüstanda koronavirusa yoluxanların sayı çox deyil: “Lakin bu o demək deyil ki, virus üzərində qələbə qazanmışıq. İctimai nəqliyyatın hərəkəti, bəzi iqtisadi fəaliyyət, mədəni və idman tədbirlərinin keçirilməsinə qadağanı qüvvədə saxlamağa məcburuq”.

Hökumət başçısı qeyd edib ki, sərhəd nəzarəti sahəsində zamanında qabaqlayıcı tədbirlər həyata keçirilib: “Gürcüstan idxal olunan infeksiyanın ölkədə yayılmasının qarşısını almağa nail olub”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net