Pentaqon koronavirus aşkarlanmış insanların ordu sıralarına qəbulu qadağasını ləğv edib
ABŞ-ın Müdafiə Nazirliyi əvvəllər koronavirusa yoluxmuş insanların ordu sıralarına qəbul edilməsinə qoyulan qadağanı aradan qaldırıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin Şəxsi heyət və hazırlıq üzrə müavini Metyu Donovan bildirib:
“Mən əvvəl qüvvədə olan qadağanı ləğv etdim”.