Nigerdə silahlıların hücumu zamanı bir neçə hərbçi həlak olub
Tarix: 20-05-2020, 01:49 | Çap et
Nigerdə silahlıların hücumu zamanı bir neçə hərbçi həlak olub
Nigerdə “Boko Haram” radikal qruplaşması hərbçilərə hücum edib.

“Report” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinə istinadən “Agency France Press” məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənub-şərqindəki Diffa regionunda qeydə alınıb. Hücum zamanı on iki əsgər həlak olub və daha on hərbçi yaralanıb.

Hərbi posta hücum bazar ertəsindən çərşənbə axşamına keçən gecə olub. Nazirlik bildirib ki, qruplaşmanın yeddi silahlısı məhv edilib.

Nigeriyada "Boko Haram” radikal qruplaşması fəaliyyət göstərir. Qruplaşma həmçinin "İŞİD-in Qərbi Afrika əyaləti" kimi məşhurdur.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net