Son 4 ildə 104 Ermənistan vətəndaşı Rusiya vətəndaşlığı pasportunu alıb.
“Report” “RusArminfo”ya istinadən xəbər verir ki, hesabatı Rusiya Daxili İşlər Nazirliyinin göstəriciləri əsasında RBK hazırlayıb.
Bildirilib ki, 2016-2020-ci illərdə Rusiya vətəndaşlığı alanların siyahısında Ermənistan 4-cü yerdədir. 2016-cı ildə Rusiya pasportu alan Ermənistan vətəndaşlarının sayı 22 mindən çox olub.
Məlumata görə, 2020-ci ilin birinci rübündə 161 min nəfər Rusiya vətəndaşı olub ki, bu da ötən ilin uyğun dövrü ilə müqayisədə təxminən 100 min çoxdur.
Hesabat ilində Rusiya pasportu alan ukraynalıların sayı 678 min, qazaxıstanlıların sayı 187 min, tacikistanlıların sayı isə 146 min nəfər təşkil edib.