İspaniya xarici turistləri iyunda qəbul edəcək
Tarix: 19-05-2020, 10:11 | Çap et
İspaniya xarici turistləri iyunda qəbul edəcək

İspaniya xarici turistləri iyunda qəbul etməyə başlaya bilər.
Bu barədə ölkənin Nəqliyyat naziri Xose Luis Abalos TVE telekanalına müsahibəsində deyib.

İspaniyada hazırda xaricilərin gəlişinə ciddi məhdudiyyətlər qoyulub. Ölkəyə yalnız diplomatlar və sərhəd işçiləri gələ bilər. Eyni zamanda, xaricdən gələn hər kəs üçün 14 günlük karantin tətbiq edilir.

İspaniyanın xarici işlər naziri Arança Qonzalez Laya hakimiyyətin turizmin ölkə iqtisadiyyatı üçün əhəmiyyətini qəbul edərək, koronavirusun yayılmasını nəzarət altına alaraq, ən qısa müddətdə turistləri qəbul etməyə hazır olduqlarını deyib.

Onun sözlərinə görə, xarici turistlər İspaniyaya yalnız əyalətlər arasında hərəkətə icazə verildikdə gələ biləcəklər. Proqnoza görə, bu, iyunun sonlarında baş verə bilər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net