Çin inkişaf etməkdə olan ölkələrə 2 milyard ABŞ dolları yardım edəcək
Tarix: 18-05-2020, 16:12 | Çap et
Çin inkişaf etməkdə olan ölkələrə 2 milyard ABŞ dolları yardım edəcək

Çin qarşıdakı iki il ərzində koronavirus (COVID-19) pandemiyasından əziyyət çəkmiş inkişaf etməkdə olan ölkələrə 2 milyard ABŞ dolları yardım ayıracaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Dünya Səhiyyə Assambleyasının 73-cü illik iclasının açlışında Çin sədri Si Cinpin bildirib.

“COVID-19-a qarşı beynəlxalq əməkdaşlığı stimullaşdırmaq üçün Çin yaxın iki il ərzində koronavirusdan əziyyət çəkmiş inkişaf etməkdə olan ölkələrin sosial-iqtisadi inkişafına yardım etmək üçün 2 milyard ABŞ dolları yardım edəcək”, - deyə o bildirib.

Si Cinpin vurğulayıb ki, Çin hər zaman açıqlıq, şəffaflıq və məsuliyyət prinsiplərinə əməl edərək epidemioloji vəziyyət barədə ÜST və digər ölkələrə vaxtında məlumat verməklə virus genlərinin ardıcıllığını dərc edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net