«Xəstəliyi qəsdən yaymaq üçün hər yerə turist göndərib» - ABŞ-DAN ÇİNƏ İTTİHAM
Tarix: 18-05-2020, 10:58 | Çap et
«Xəstəliyi qəsdən yaymaq üçün hər yerə turist göndərib» - ABŞ-DAN ÇİNƏ İTTİHAM

ABŞ hökuməti Çinə qarşı yeni, bu dəfə daha ağır ittiham irəli sürüb.

FED.az xəbər verir ki, ABŞ prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Piter Navarro Çini koronavirus infeksiyasının yayılması üçün qəsdən bütün dünyaya turist göndərməkdə ittiham edib.

ABC telekanalına müsahibəsində müşavir bildirib ki, koronavirus üzrə «sıfırıncı» pasiyent (yəni xəstəliyin başladığı adam) Uxanda noyabrda aşkar edilib: «Çin Beynəlxalq Səhiyyə Təşkilatının köməyi ilə bunu 2 ay gizlədib, sonra da minlərlə çinlini təyyarələrlə Milana, Nyu-Yorka və bütün dünyaya göndərib ki, virus hər yerə yayılsın»-deyə müşavir bildirib.

Onun sözlərinə görə, Çin virusu Uxanda saxlamaqla epidemiyanın yayılmasının qarşısını ala bilərdi: «Mən ona görə bildirirəm ki, çinlilər amerikalılara qarşı bu hərəkəti ediblər və buna görə məsuliyyət daşıyırlar», — deyə Trampın müşaviri deyir.

Qeyd edək ki, müşavir ABŞ-ın koronavirus mövzusunda Çinə qarşı kampaniyasına başçılıq edir. Bir qədər əvvəl ABŞ prezidenti Tramp Çini korrnavirus barədə məlumatları gizlətməkdə və saxtalaşdırmaqda ittiham etmişdi. Prezident demişdi ki, əgər Çin vaxtında xəbər versəydi dünya ölkələri virusun hücumuna daha yacşı hazırlaşa bilərdilər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net