ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var
Tarix: 17-05-2020, 16:50 | Çap et
ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var

ABŞ-ın İllinoys ştatının Rokford şəhərində atışma olub.

“Report” CNN telekanalına istinadən xəbər verir ki, bu barədə yerli polisin rəisi Deniel O Şi keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, hadisə “Super 8” motelində qeydə alınıb. Atışma zamanı azı 1 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.

Deniel O Şinin sözlərinə görə, polis əməkdaşları hadisə yerinə cəlb edilib. Hadisəni törədən silahlı şəxs moteldə barrikada qurub. Bundan sonra atışma başlayıb.

Telekanalın məlumatına görə, əraziyə xüsusi təyinatlılar da cəlb edilib. Silahlı insidentin başvermə səbəbləri barədə məlumat verilmir, hadisənin təfərrüatı açıqlanmır.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net