Ərdoğanla İraqın yeni Baş naziri arasında telefon danışığı olub
Tarix: 16-05-2020, 01:18 |
Çap et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İraqın yeni Baş naziri Mustafa əl-Kazimi ilə telefon danışığı olub.
APA-nın yerli bürosunun Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinə istinadən verdiyi xəbərə görə, telefon söhbətində Ərdoğan Kazımini yeni vəzifə təyinatı ilə əlaqədar təbrik edərək, ona uğurlar arzulayıb.
Türkiyə prezidenti yeni növ koronavirusla (COVİD-19) mübarizədə İraqa dəstəyini ifadə edib.
Telefon söhbətində, həmçinin, ikitərəfli əlaqələr və regional məsələlər də müzakirə edilib.