İtaliyada son sutka ərzində daha 992 nəfər koronavirus infeksiyasına yoluxub, bununla da virusa yoluxanların sayı 223 mini keçib.APA xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.
Məlumata görə, bu günədək ölkədə
223 096 nəfər infeksiyaya yoluxub.
Son bir gündə virusdan ölənlərin sayı da
262 nəfər artaraq ümumilikdə
31 368 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri
115 288 xəstə sağalıb.