Fransada son sutka ərzində koronavirus infeksiyasından daha 351 nəfər ölüb, bununla da virusdan ölənlərin sayı 27 425 minə çatıb.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki,
17 224 nəfər xəstəxanalarda,
10 201 nəfər isə qocalar evlərində dünyasını dəyişib.
Koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilənlərin sayı azalmaqda davam edir, hazırkı məlumata görə, onların sayı
20 463 nəfərdir. Bir həftə əvvəl bu rəqəm
23 208 idi. Son sutkada xəstəxanalara
542 yeni xəstə daxil olub.
COVID-19-a yoluxmuş
2299 nəfər hazırda reanimasiyalardadır. Son 24 saatda daha
52 xəstə reanimasiyaya yerləşdirilib.