İtaliyada son sutka ərzində daha
1402 nəfər koronavirus infeksiyasına yoluxub, bununla da virusa yoluxanların sayı
220 mini keçib.
APA xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.
Məlumata görə, bu günədək ölkədə
221 216 nəfər infeksiyaya yoluxub.
Son bir gündə virusdan ölənlərin sayı da
172 nəfər artaraq ümumilikdə
30 911 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri
109 039 xəstə sağalıb.