Bu ölkədə restoranlar, bərbərxana və gözəllik salonları mayın 18-dən açılacaq
Tarix: 12-05-2020, 16:16 | Çap et
Bu ölkədə restoranlar, bərbərxana və gözəllik salonları mayın 18-dən açılacaq

İtaliyada restoranlar, gecə klubları, bərbərxana və gözəllik salonları mayın 18-dən etibarən açılacaq.

APA-nın “Guardian”a istinadən verdiyi xəbərə görə, mərkəzi hökumət iyunun 1-dən açılması gözlənilən müəssisələrlə bağlı regional hakimiyyətlərə qərar vermək üçün səlahiyyət verib.

Ticarət mərkəzləri, muzey və kitabxanalar da mayın 18-dən etibarən fəaliyyətini bərpa edəcək.

Qeyd olunub ki, müəssisələr açılmazdan əvvəl təhlükəsizlik tədbirləri görülməli, restoranlarda masalar arasında məsafə dörd metr olmalıdır.

Xatırladaq ki, İtaliyada indiyədək 219 814 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub, 30 739 nəfər vəfat edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net