Tramp aprelin sonunda Ağ Evdə Makronu qəbul edəcək
Tarix: 24-01-2018, 05:21 |
Çap et
ABŞ prezidenti Donald Tramp aprel ayının sonunda Ağ Evdə fransalı həmkarı Emmanuel Makronu qəbul edəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Emmanuel Makronun bu səfəri Donald Trampın inauqurasiyasından sonra ilk səfəridir.
Qeyd edək ki, D.Tramp 2017-ci ilin 14 iyul tarixində Fransaya səfər edib və fəxri qonaq qismində Fransanın milli bayramı şənliklərində iştirak edib.