6 saatlıq danışıqlardan sonra...
Tarix: 20-10-2016, 08:21 |
Çap et
Rusiya ilə Ukrayna yeni «yol xəritəsi» hazırlamaq barədə razılığa gəliblər. Oktyabrın 19-da Berlində Rusiya, Ukrayna, Fransa və Almaniya dövlət başçılarının görüşü keçirilib. Ukraynayla yanaşı, Suriya məsələsi də müzakirə olunub.
6 saatlıq danışıqlardan sonra Almaniya kansleri Angela Merkel «möcüzəyə nail olmadıqlarını», yalnız «yol xəritəsi»nin hazırlanmasıyla bağlı razılığa gəldiklərini deyib. «Yol xəritəsi» Ukraynayla Rusiya arasında Minsk sülh razılaşmasının yerinə yetirilməsini təmin etməlidir.
Ukrayna prezidenti Petro Poroshenko deyib ki, onlar həm də Ukrayna əsgərləri, eləcə də Rusiyanın arxa durduğu separatçıların Donbas regionundakı 4 döyüş zonasından çıxarılması və Ukraynanın şərqinə silahlı polis dəstələrinin yerləşdirilməsi barədə razılığa gəliblər.