Türkiyə regionun ən güclü ölkəsidir - Fikri İşık
Tarix: 14-10-2016, 07:27 | Çap et
Türkiyə regionun ən güclü ölkəsidir - Fikri İşık
Türkiyə regionun ən güclü ölkəsidir. Bunu Türkiyənin Milli Müdafiə naziri Fikri İşık bildirib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, nazir deyib ki, həmsərhəd dövlətlərdə istənilən proseslər Türkiyəyə təsir edir.

"Bundan əlavə, məhz Türkiyə terrorçu qurumların fəaliyyəti ilə bağlı regionda ən böyük təhlükə ilə üzləşir. Ona görə də biz Suriya və İraqda baş verən hadisələrə biganə qala bilmərik", - Fikri İşık bildirirb.

"Türkiyə, İraq və Suriya torpaqlarına iddia etmir. Ankaranın siyasətinin əsasını bu ölkələrin ərazi bütövlüyünün təmin olunması təşkil edir", - nazir deyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net