Müsəlmanların qətliamında əli olan hindu baş nazir azadlıqda qaldı
Tarix: 3-06-2016, 09:51 |
Çap et
Vertikal.az-ın məlumatına görə, Hindistanda 2002-ci ildə müsəlmanların bir qatarın yandırılmasında ittiham edilməsindən sonra başlayan hindu hücumu ilə bağlı məhkəmə qərarı açıqlanıb. İki mindən çox müsəlmanın ölümündə günahlandırılan 24 nəfər hadisələrdən 14 il sonra məhkum edilib.
Gucarat ştatında baş verən qatar yanğınını baiskarının isə müsəmanlar olduğunu qubernator Modi söyləmiş və müsəlmanları açıq hədəf halına gətirmişdi. Məhz onun açıqlamasından sonra hindular müsəlmanların yaşadığı ərazilərə hücumlar edərək qətliamlar törətmişdi. Modi bu qətliamları sadəcə müşahidə etmişdi.
Haqqında 2002-ci ildəki hadisələrə görə bir çox cinayət işi açılan Modi rəhbərliyinin bəzi üzvləri məhkum olunsa da, Modi indiyə qədər hər hansı bir cəza almayıb.
Hadisəyə görə, bəzi ölkələr Modinin adını "qara siyahı"ya salmışdı. ABŞ və İngiltərə uzun illər ona viza verməmişdi.
Əsl adı Narendra Damadordas Modinin 62 yaşı var. O kasıb bir ailədə dünyaya gəlib. Modi gənc yaşında bu gün Bharatiya Janata Party fikir məktəbi olan radikal hindu millətçi "Rashtriya Swayamsevak Sanga"ya qatılıb.
Təşkilatda sürətlə yüksələn Modi 2001-ci ildə ştat seçkilərində Gucerat qubernatoru olub. 2014-cü ildən isə Hindistanın baş naziridir.