“Banyasda 120 nəfəri bıçaqla doğrayaraq öldürmüşdü..."
Tarix: 30-03-2016, 10:08 |
Çap et
Türkiyə Hatay vilayətinin Reyhanlı rayonunda 2013-cü ilin may ayında 52 nəfərin ölümü ilə nəticələnən terror hadisəsini törətməkdə ittiham edilən terrorçu Mihrac Ural Suriyada öldürülüb. ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri “əl-Cəzirə” kanalı yayıb. Xəbərdə, “Təciliçilər” qrupunun lideri Mihrac Uralın öldürüldüyü bnildirilir.
“Əxraru Şam” qruplaşmasının mətbuat sözçüsü Əbu Yusif əl Mühacir xəbəri təsdiq edib və Urtalın artilleriya atəşi ilə vurulduğunu bildirib.
Mihrac Ural sosial şəbəkədə paylaşdığı son mesajında Türkiyə ordusumnun səsinin çıxmadığına eyham vurmuşdu: “Hansı osmanlıca kəlmələrlə sifətinizə tüpürmək lazım olduğunu bilmirəm, amma səsiniz-səmiriniz kəsilib? Suriya ordusu qalib, Tedmur (Palmira) azad.” – deyə terrorçu mesajında qeyd etmişdi.
Mihrac Uralın Əfqanıstan, İran, Suriya, Türkiyə və Yunanıstan marşrutu ilə Avropaya transfer edilən narkotik bazarına da nəzarət edən şəxslərdən biri olduğu bildirilirdi.
Suriya türkmənlərindən olan Samir Hafez Mihrac Uralın İŞİD terrorçularından daha təhlükəli bir şəxs olduğunu demişdi: “Banyasda 120 nəfəri bıçaqla doğrayaraq öldürmüşdü. Daha sonra bunu onlardan öyrənən İŞİD də eyni yolu getməyə başladı. O nə ələvidir, nə də suriyalı. Bu müharibə ilə də heç bir əlaqəsi yoxdur. Əsəd istədiyi üçün ən böyük vəhşiliyi törədən şəxsdir.”