Neft istehsalını azaltmaq təklif edilir
Tarix: 11-02-2016, 09:54 |
Çap et
Rusiya dövlət neft şirkətinin rəhbəri, ilk dəfə olaraq, neft istehsalçılarına təklif edir ki, qiymətin düşməsini önləməkdən ötrü istehsalı birgə azaltsınlar.
Rosneft rəhbəri, Prezident Vladimir Putin-in yaxın müttəfiqi olan Igor Sechin fevralın 10-da Londonda konfransda deyib ki, böyük istehsalçılar gündəlik istehsalı 1 milyon barrel azaltmalıdırlar. Bununla da gündə 1.5 milyon barrel izafi təklif azalmış olar.
“Böyük ixracatçıların təklifi koordinasiyalı şəkildə gündə 1 milyon barel kəsməsi qeyri-müəyyənliyi kəskin azaldar və bazar məntiqi qiymət səviyyəsinə doğru irəliləyər”, o bildirib.
2014-cü ildən bəri bazarda təklifin tələbi üstələməsi nəticəsində neftin qiyməti 70 faiz düşüb, bareli 30 dollara yaxınlaşıb.
Sechin indiyədək heç vaxt OPEC-lə əməkdaşlıq təklif etməyib. Son bir neçə həftə ərzində OPEC-lə Rusiya arasında razılaşmanın mümkünlüyü barədə bəyanatlar neft bazarını nisbətən dirçəldib.