Türklərin yerini Rusiya bazarında kim tutacaq?
Tarix: 10-02-2016, 09:42 | Çap et
Türklərin yerini Rusiya bazarında kim tutacaq?
Hətta iki ölkə arasında münasibətlər normallaşsa belə, Türkiyə biznesinin Rusiya bazarlarına geri dönməsi asan olmayacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov söyləyib. Onun sözlərinə görə, Türkiyənin yerini Rusiya bazarlarında tezliklə başqa şirkətlər tutacaq:

“Biz Türkiyədən təxminən 1 milyard dollarlıq kənd təsərrüfatı məhsulları alırdıq və bizim aramızda ümumi ticarət dövriyyəsi hər il artırdı. İndi isə bu yoxdur. Hətta iki ölkə arasında münasibətlər normallaşsa belə Türkiyə biznesinin Rusiya bazarlarına geri dönməsi asan olmayacaq. Səbəb çox sadədir. Artıq onların yerini misirli, israilli, azərbaycanlı, iranlı tədarükçülər tutublar”.

Qeyd edək ki, 2015-ci ildə Rusiyaya məxsus Su-24 təyyarəsi Türkiyə sərhədini pozduqdan sonra türk hərbçilər tərəfindən vurulub. Məhz bu məsələ iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net