“Özlərinə rahat həyat axtaran miqrantlara sığınacaq verilməməlidir”
Tarix: 4-02-2016, 09:22 |
Çap et
Ölkələrindəki müsibətlərdən qurtulan yox, sadəcə özlərinə rahat həyat axtaran miqrantlara sığınacaq verilməməlidir.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Finlandiyanın baş naziri Yuxa Sipilya bəyan edib.
O həmçinin əlavə edib ki, qaçqın axını ilə Avropa ölkələrinə cinayətkarlar da daxil olur.
Fevralın 3-də parlamentdə çıxış edən Finlandiya prezidenti Sauli Niinistö isə bildirib ki, Avropa hazırkı miqrant dalğasına davam gətirə bilməz.
Qeyd edək ki, 2015-ci ildə Finlandiyaya 33 minə yaxın qaçqın gəlib. Onların əksəriyyəti İraq vətəndaşlarıdır.