İslamçı qrup lideri Əfqanıstanda öldürülüb
Tarix: 26-01-2016, 10:46 |
Çap et
Tacikistanın Daxili işlər naziri Ramazon Rahimzoda bildirir ki, qadağan olunmuş islamçı yaraqlı qrup lideri Əfqanıstanda öldürülüb. Rahimzoda yanvarın 25-də Düşənbədə deyib ki, Jamaat Ansarullah-ın lideri Amriddin Tabbarov ötən ilin iyulunda əfqan təhlükəsizlik qüvvələrinin keçirdiyi hərbi əməliyyat zamanı qətlə yetirilib.
Molla Amriddin kimi tanınan Tabbarov 1992-1997-ci illərdə Tacikistanda vətəndaş müharibəsi zamanı hökumət əleyhinə olan islamçı qüvvələrin səhra komandiri idi. O, 1990-cı illərin sonlarında Özbəkistan İslam Hərəkatına qoşulub, Əfqanıstanın şimalında, daha sonra Pakistanda vuruşub.
Jamaat Ansarullah-ı da Tabbarov yaradıb.