ABŞ hökuməti amerikalıların şiə yaraqlılar tərəfindən oğurlandığını təsdiqləməyib
Tarix: 22-01-2016, 10:29 |
Çap et
ABŞ Dövlət katibi John Kerry deyir ki, iranlı həmkarı Mohammad Javad Zarif ilə ötən həftə İraqda itkin düşmüş 3 amerikalı barədə danışıb.
Kerry yanvarın 21-də Davos İqtisadi Forumunda Zarif-lə bu barədə danışdığını təsdiqləyib.
Hələlik ABŞ hökuməti amerikalıların şiə yaraqlılar tərəfindən oğurlandığını təsdiqləməyib. Bu məlumatı ABŞ hökumətindəki anonim mənbələr yayıb.
Kerry Zarif-dən məsələyə kömək üçün hər hansı yol bilib-bilmədiyini soruşub.
“O dedi ki, məsələni nəzərdən keçirəcək və bacardığını edəcək”, Kerry söyləyib. Zarif ona bu barədə bilgisi olmadığını da deyib.
İraqın baş naziri Haidar al-Abadi yanvarın 21-də Davosda bildirib ki, həmin 3 amerikalının Bağdadda itkin düşməsinə İranın bağlılığından “çox şübhələnir”.