Bahalaşan CƏRİMƏLƏR: BİZ BATDIQ Kİ... - NƏ ETMƏLİ?
Tarix: 7-06-2023, 10:48 | Çap et


Avtomobil yollarının saxlanılması və qorunması qaydalarının pozulmasına görə cərimələr 5 dəfədən çox artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək. Buna qədər avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə edilirdi. Dəyişikliklə isə avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə olunacaq.
DİA.AZ bildirir ki, nəqliyyat problemləri üzrə ekspert İlqar Hüseynli “Şərq”ə açıqlamasında məsələyə 2 prizmadan yanaşdığını qeyd etdi:
"Sosioloq olaraq əvvəla bu suala aydınlıq gətirmək istəyirəm: cərimələr lazımdırmı? Bəli, cərimələr lazımdır. Niyə? Çünki apardığımız müşahidələr, tədqiqatlar onu göstərir ki, radarların və təhlükəsizlik kameralarının olmadığı, quraşdırılmadığı dövrlərdə yol-nəqliyyat qəzaları, yol-hərəkəti qaydalarının, eləcə də yol-istismar qaydalarının pozulması halları daha çox idi, hətta yol qəzalarının forması da başqa idi. Bunu statistika deyir. Sürücülərin 95 faizi təhlükəsizlik kəməri taxmırdı. Sürücülər piyada zolağında piyadalara yol vermirdi. Yol-nəqliyyat və digər qəzaların, qaydaların pozulması halları radarların, təhlükəsizlik kameralarının quraşdırılmasından sonra kəmər taxılmaması, piyadaları keçidlərdə görməzdən gəlmək halları azalıb. Bu da cəzaların sərtləşməsinin nəticəsidir. Son dövrlərdə təhlükəsizlik kəməri taxmayan çox az sürücü görə bilirik. Sürücülər piyadalara qarşı da daha həssas olub. Mən cəzaların sərtləşməsinin yol-nəqliyyat qəzalarının sayını minimuma endirdiyini söyləmirəm. Amma müsbət dəyişiklik var. Bilirsiz, cəzalar insan psixologiyası nəzərə alınaraq tətbiq edilir. İnsan psixologiyası elədir ki, cəzasızlıq mühitində özünü sərbəst hiss etməyə başlayır və bunun getdikcə məsuliyyətsizliyə çevrilmə ehtimalı da böyükdür. Amma cəza mexanizmlərinin olduğunu biləndə insan istər-istəməz hərəkətlərinə diqqət etməli olur. Bəzən görürük, qarşıda radar olduğunu bilən sürücülər sürəti azaldır, avtomobili “nümunəvi” idarə edir. Elə ki radarın əhatəsindən çıxdı, sürəti artırır. Yəni bu mənada cəzalar lazımdır. Qalır, ikinci məsələ. Bu da cəzaların taariflərindən ibarətdir. Aydın məsələdir ki, tətbiq edilən taariflər orta statistik azərbaycanlının büdcəsinə uyğun deyil. Taariflər müəyyənləşərkən insanların əməkhaqqı nəzərə alınmalıdır. Cəzalar minimum əməkhaqqını üstələyəcək miqdarda olmamalı, ailənin büdcəsinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə baxanda isə bunun əksini görürük. İnsanlar o qədər maaş almır ki, bu qədər cərimə ödəyə bilsin. Hamını eyni miqdarda cərimələmək düzgün deyil. Bəzən sürücülər qaydaları bilməyərək pozurlar. Məsələn, bir yolun hansısa hissəsində sürət həddi əvvəlcə başqa olub, indi dəyişib, sürücü bundan xəbərsiz də ola bilər. Yaxud, yol nişanları bəzən doğru qoyulmur, sürücülər çaşqın vəziyyətdə qalır. Elə yollarımız var ki, piyadaların hərəkəti hədsiz dərəcədə məhduddur. İşıqforlar, yerüstü piyada keçidləri doğru müəyyənləşməyib. Belə şərait həm sürücülər üçün, həm də piyadalar üçün təhlükəlidir və qəzaları qaçılmaz edir. Qəzanın, qayda pozuntusunun mahiyyətinə baxmadan hamını kütləvi şəkildə cərimə etmək doğru deyil". Avtomobil yollarının saxlanılması və qorunması qaydalarının pozulmasına görə cərimələr 5 dəfədən çox artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək. Buna qədər avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə edilirdi. Dəyişikliklə isə avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə olunacaq.
Vertikal.az DİA.AZ-a istinadla bildirir ki, nəqliyyat problemləri üzrə ekspert İlqar Hüseynli “Şərq”ə açıqlamasında məsələyə 2 prizmadan yanaşdığını qeyd etdi:
"Sosioloq olaraq əvvəla bu suala aydınlıq gətirmək istəyirəm: cərimələr lazımdırmı? Bəli, cərimələr lazımdır. Niyə? Çünki apardığımız müşahidələr, tədqiqatlar onu göstərir ki, radarların və təhlükəsizlik kameralarının olmadığı, quraşdırılmadığı dövrlərdə yol-nəqliyyat qəzaları, yol-hərəkəti qaydalarının, eləcə də yol-istismar qaydalarının pozulması halları daha çox idi, hətta yol qəzalarının forması da başqa idi. Bunu statistika deyir. Sürücülərin 95 faizi təhlükəsizlik kəməri taxmırdı. Sürücülər piyada zolağında piyadalara yol vermirdi. Yol-nəqliyyat və digər qəzaların, qaydaların pozulması halları radarların, təhlükəsizlik kameralarının quraşdırılmasından sonra kəmər taxılmaması, piyadaları keçidlərdə görməzdən gəlmək halları azalıb. Bu da cəzaların sərtləşməsinin nəticəsidir. Son dövrlərdə təhlükəsizlik kəməri taxmayan çox az sürücü görə bilirik. Sürücülər piyadalara qarşı da daha həssas olub. Mən cəzaların sərtləşməsinin yol-nəqliyyat qəzalarının sayını minimuma endirdiyini söyləmirəm. Amma müsbət dəyişiklik var. Bilirsiz, cəzalar insan psixologiyası nəzərə alınaraq tətbiq edilir. İnsan psixologiyası elədir ki, cəzasızlıq mühitində özünü sərbəst hiss etməyə başlayır və bunun getdikcə məsuliyyətsizliyə çevrilmə ehtimalı da böyükdür. Amma cəza mexanizmlərinin olduğunu biləndə insan istər-istəməz hərəkətlərinə diqqət etməli olur. Bəzən görürük, qarşıda radar olduğunu bilən sürücülər sürəti azaldır, avtomobili “nümunəvi” idarə edir. Elə ki radarın əhatəsindən çıxdı, sürəti artırır. Yəni bu mənada cəzalar lazımdır. Qalır, ikinci məsələ. Bu da cəzaların taariflərindən ibarətdir. Aydın məsələdir ki, tətbiq edilən taariflər orta statistik azərbaycanlının büdcəsinə uyğun deyil. Taariflər müəyyənləşərkən insanların əməkhaqqı nəzərə alınmalıdır. Cəzalar minimum əməkhaqqını üstələyəcək miqdarda olmamalı, ailənin büdcəsinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə baxanda isə bunun əksini görürük. İnsanlar o qədər maaş almır ki, bu qədər cərimə ödəyə bilsin. Hamını eyni miqdarda cərimələmək düzgün deyil. Bəzən sürücülər qaydaları bilməyərək pozurlar. Məsələn, bir yolun hansısa hissəsində sürət həddi əvvəlcə başqa olub, indi dəyişib, sürücü bundan xəbərsiz də ola bilər. Yaxud, yol nişanları bəzən doğru qoyulmur, sürücülər çaşqın vəziyyətdə qalır. Elə yollarımız var ki, piyadaların hərəkəti hədsiz dərəcədə məhduddur. İşıqforlar, yerüstü piyada keçidləri doğru müəyyənləşməyib. Belə şərait həm sürücülər üçün, həm də piyadalar üçün təhlükəlidir və qəzaları qaçılmaz edir. Qəzanın, qayda pozuntusunun mahiyyətinə baxmadan hamını kütləvi şəkildə cərimə etmək doğru deyil".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net