Gədəbəydə “qoyun vergisi” : “Yalan, yoxsa gerçək?”
Tarix: 27-07-2015, 09:35 | Çap et
Gədəbəydə “qoyun vergisi” : “Yalan, yoxsa gerçək?”
Bu günlərdə tia.az saytında “Gədəbəydə “qoyun töycüsü” yığılır – 1 qoyun 1 manat” başlıqlı məqalə dərc olunmuşdu. Saytın yazdığına görə, icra başçısı Ramiz Yediyarov otlaq sahələrini özünün varlanma poliqonuna çevirib. Sürüləri yaylağa buraxmaq üçün qoyun başına pul yığdırır. Bu işə başçının müavini – aqrar məsələlər şöbəsinin müdiri Rüstəm Nağıyev baxır. Kim sürüsünü Gədəbəy dağlarındakı yaylaqlara buraxmaq istəyirsə, Rüstəm Nağıyevə hər qoyuna görə 1 manat ödəməlidir. Hazırda Gədəbəy dağlarındakı sürülərdə 100 minə yaxın qoyun olduğu bildirilir. Qazanc da adekvatdır. Qeyd olunur ki, bu qaydanın tətbiqi yerli sakinləri çətin vəziyyətə salıb. Qaydanın tətbiqindən sonra qoyunları satan yerli sakinlər də olub. Beləcə yerli sakinləri məhdud gəlir sahələrindən olan qoyunçuluqdan əllərini üzməsi baş verir. (tia.az). Bu məlumat bir çox müxalifyönlü saytlarda tirajlandı. Məsələ ilə bağlı məqalədə adı keçən Rüstəm Nağıyev

Qafqaz Xəbər Agentliyinə bildirdi ki, tia.az-da qeyd olunan “qoyun vergisi” bu ilin 18 may tarixində icra hakimiyyətinin aqrar şöbəsi tərəfindən ləğv olunub: “ Mən isə artıq icra başçısının müavini deyiləm, şöbə müdirinin müaviniyəm”. Başçının keçmiş müavini ona qarşı olan ittihamları inkar etdi: “ Otlaqların istifadəsi ilə bağlı sərəncam mənədək verilmişdi. Bu sərəncam uzunmüddətlidir və buna 2016-cı ildə yenidən baxıla bilər. Əvvəllər dövlət fonduna daxil olan otlaq sahələri Torpaq və kartoqrafiya komitəsinin nəzarətində idi. Komitənin ləğvindən sonra bu məsələyə əmlak komitəsi baxır”. İcra hakimiyyətinin informasiya təminatı şöbəsinin müdiri Habil Muxtarov Rüstəm Nağıyevin dediklərini inkar etdi: “ Bir çox fermerlər otlaq sahələrindən icra hakimiyyətinin sərəncamı əsasında istifadə edirlər. Bu sərəncamların da müddəti başa çatıb. Ancaq fermerlər orlaq sahələrindən istifadə etməkdə davam edirlər. Buna görə, aqrar şöbənin ləğvi ilə bağlı təzə sərəncamlar verilmir”. Habil Muxtarov onu da qeyd elədi ki, xeyli fermer icazə olmadan dövlət fonduna aid olan otlaqlardan istifadə edirlər. Biz icra başçısının müavini Vəfa Allahverdiyevanın da fikrini öyrənmətə çalışdıq. O, Qafqaz Xəbər Agentliyinə bildirdi ki, mən bu məsələyə qarışmıram: “ Ona görə də bilmirəm müxalifət saytları düz yazır, yoxsa yalan”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net