Göyçay sakinindən yerli məhkəmənin hakiminə ittiham
Tarix: 17-07-2015, 10:45 |
Çap et
Göyçay rayonu Çərəkə kəndi sakini Məmmədov Ramiz Alı oğlu tərəfindən redaksiyamıza şikayət ərizəsi ilə müraciət olunub. Redaksiyamıza daxil olan müraciətdə deyilir:
"Bu şikayətimdə yazıb bildirirəm ki, Göyçay rayon Məhkəməsinin hakimi Elxan Babayev şəxsi və maddi maraqlarını dövlət qanunlarından ali tutub qanunsuz hökm çıxartmaqla mənim həyat və sağlamlığımı ciddi təhlükə qarşısında qoymuşdur.Buna görə mən həyatımı hər an itirə bilərəm.Beləki 01 noyabr 2014- cü il tarixdə Göyçay -Ucar yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ağır dərəcəli xəsarət aldım.Dalağımı çıxartdılar, qapalı kəllə-beyin tramvası, baş -beyin silkələnməsi, baş alın nahiyəsinin və sağ qulaq seyvanının yumuşaq toxumalırının əzilmiş-sıyrılmış yaraları, sol böyrəyin zədələnməsi və sağ dizimin qapağının sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığıma ağır zərər vurulmaya aid xəsarət yetirilmişdir.Avtomobilim tamam yararsız vəziyyətə düşmüşdür və hazırdada həmin vəziyyətdə həyətimdə saxlayıram.Yol nəqliyyat hadisəsinə görə açılmış cinayət işi üzrə təqsirləndirilən şəxs Əmirov Qəzənfər Şahlar oğlunun mənə, avtomobilimə vurduğu maddi və mənəvi zərərin ödənilməsi üçün məhkəməyə təqdim etdiyim mülki iddiamı hakim Elxan Babayev qanunsuz olaraq baxılmamış saxlamışdır ki, bu açıq -aşkar qanunsuzluq, özbaşınalıqdır.Hakim aldığı rüşvət hesabına belə bir saxta, yaramaz hökm çıxartmaqla mənə sarsıdıcı zərbə vurmuşdur.Hələdə bu saxtakarlıqdan özümə gəlməmişəm.Bəlkədə Azərbaycan tarixində ikinci belə bir saxta, qanunsuz məhkəmə hökmü olmamışdır ki, bunu aldığı küllü miqdarda rüşvət hesabına hakim Elxan Babayev çıxartmışdır. Nə qədər Allahsız, insafsız olasan ki, belə bir ədalətsiz hökm çıxardasan.Bu cinayət işi əvvəldən saxtakarlıqla aparılmışdır.Yol-nəqliyyat hadisəsi yerində baxış keçirib saxta akt tərtib ediblər ki, guya təqsirləndirilən şəxs avtomobilini saatda 70 km sürətlə hərəkət edirmiş.Bu açıq -aşkar saxtakarlıqdır.Çünki belə sürətlə idarə edilən avtomobillə törədilən avtomobil qəzası zamanı ağır dərəcəli xəsarət alınması və avtomobilin tamamilə yararsız hala düşməsi qətiyyən mümkün deyil.Təqsirləndirilən şəxs Qəzənfər Əmirov avtomobilini həmin vaxt saatda 120 km sürətlə sürdüyü üçün avtoqəza nəticəsndə mən ağır dərəcəli xəsarət almışam və avtomobilim tamamilə yararsız hala düşmüşdür.
Aldığım xəsarətlərdən hələdə ağır əziyyət çəkirəm, əmək qabiliyyətimi 90% itirmişəm. Avtoqəzadan sonra 11 gün renamasiyada stasionar müalicə olunmuşam, xəstəxanadakı şəraitsizliyə görə isə məcbur olub 2 ay 4 gün isə evdə yataq xəstəsi olub müalicə edilmişəm.Hazırdada müalicə edilirəm.Mən Göyçay Televiziya verlişləri Yayım Stansiyasında uzun müddətdir ki, mühəndis vəzifəsində işləmişəm.14 dekabr 2009-cu il tarixli sərəncamı ilə Preziden cənab İlham Əliyev məni tərəqqi medalı ilə təltif etmişdir.Çünki mən məsuliyyətli, zəhmətkeş işçi olmuşam.Göyçay rayon Məhkəməsinin hakimi Elxan Babayev kimi maddi maraqlarımı dövlət qanunlarından ali tutmamışam, korrupsiyaya qurşanmamışam, saxtakarlıqla məşğul olmamışam. Ekspertlərin qanunu sənədlə təsdiq etdikləri səhhətimə və avtomobilimə dəymiş maddi zərərin ödənilməsinə dair mülki iddiamı hakim Elxan Bbayev baxılmamış saxlaması üçün aldığı küllü miqdarda pul demək olar ki, mənim qan pulumdur. Göyçay rayon Məhkəməsinin hakimi Elxan Babayevin bu korrupsiya əməli barədə Preziden cənab İlham Əliyevə, Ədliyyə Naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova şikayət ərizəsi ilə müraciət göndərmişəm.Məsuliyyətli, qabaqcıl işci kimi "Tərəqqi" medalı ilə təltif olunmuş şəxs olaraq mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Ədliyyə Naziri cənab Fikrət Məmmədova müraciət edib xahiş edirəm korrupsiyaya qurşanıb mənim qan pulumu mənimsəyən saxtakar, rüşvətxor hakim Elxan Babayevin batəsində ciddi, təsirli tədbirlər görəsiniz.Bu hakimin çıxartdığı hökm və qərarlar Azərbaycan Respublikasının adına ləkədir".
Vertikal.az