Böyük PLAN: Balaxanı kəndi köçürülür
Tarix: 8-07-2015, 09:58 |
Çap et
Dünyada neftin qiymətinin aşağı düşdüyü bir vaxtda Azərbaycan hökuməti «qara qızıl» istehsalını ekstensiv yolla artırmaq qərarına gəlib. JAM.AZ xəbər verir ki, Xəzər dənizindəki neft quyularından çıxarılan məhlulun həcminin aşağı düşməsi hökuməti qurudakı quyuların yenidən istismar edilməsinə sövq edib.
Məlumatda deyilir ki, artıq aparılan araşdırma zamanı Balaxanı kəndindəki neft quyularının daha səmərəli ola biləcəyi qənaəti yaradıb. Hətta iş o yerə çatıb ki, şəxsi həyətlərdəki qədim quyuların da yenidən istismar edilməsi üçün zərurət yarandığına dair hesabat hazırlanıb.
JAM.AZ-ın əldə etdiyi məlumatlarda vurğulanır ki, Balaxanı kəndindəki neft quyularının yenidən işlənilməsi üçün əhalinin köçürülməsinin vacib olduğu qənaətinə də gəlinib. Və bununla bağlı yaxın günlərdən etibarən addım atılması planlaşdırılır. İddia olunur ki, Balaxanı camaatının bir qismi yaşadığı yerlərdən başqa yaşayış məntəqələrinə köçürüləcək. Onların bir qismi evlə təmin edilməli, bir qisminə isə evlə təmin olunmaları üçün pul ödəniləcək.