«Təzə Bazar»ın rəhbəri sahibkarın mülkünü əlindən alıb
Tarix: 29-06-2015, 11:26 | Çap et
«Təzə Bazar»ın rəhbəri sahibkarın mülkünü əlindən alıb
“Təzə Bazar”ın rəhbəri Vaqif Şıxəliyev bir müddət əvvəl sahibkarın mülkiyyət hüququnu kobud şəkildə pozaraq, onun obyektini özünküləşdirib. Vertikal.az xəbər verir ki, bu barədə Dosye.org saytı məlumat yayıb.

Həmin məlumatda deyilir ki, bazarın sahibi Nəsimi rayonu, Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin sahibi (23 saylı mağaza), sahibkar Daşdəmirov Sahib Atamoviçin xüsusi mülkiyyətində olan obiyekti qanunsuz yolla ələ keçirib. Etiraz edən sahibkara isə təzyiqlər edilərək, təcili ölkəni tərk etməsi tələb olunur.

Bununla əlaqədar olaraq, Sahib Daşdəmirov artıq dövlət başçısına müraciət etmək qərarına gəlib. O, mülkiyyət hüququnun kobud şəkildə pozulduğunu əsaslandıran müraciətində dövlət başçısından yardım istəyəcək.

Bu əsnada Vaqif Şıxəliyevlə bağlı daha bir məlumat ortaya çıxıb. Məlum olub ki, «Təzə Bazar»ın rəhbərinə məxsus “Görüş” restoranı Bakı Dövlət Sirkinin fəaliyyətini iflic etməyə başlayıb. Belə ki, Bakı Dövlət Sirkinin direktoru Maqbet Bünyatov məhz Vaqif Şıxəliyevin dolayı təzyiqlərindən sonra vəzifəsindən uzaqlaşdırılıb. Buna səbəb kimi isə M.Bünyatovun ikinci ilə müqavilənin qarşılıqlı şəkildə pozması təklifi göstərilir. Məlumatlarda o da vurğulanır ki, Vaqif Şıxəliyev hətta Maqbet Bünyatovu hədələyib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net