Rafil Hüseynovun 150 min qazancla çıxdığı Masallı korrupsiyası
Tarix: 17-03-2015, 11:29 | Çap et
Rafil Hüseynovun 150 min qazancla çıxdığı Masallı korrupsiyası
Artıq bir sıra rayonlarda məmurlar özlərini sanki nəzarətsiz hiss etdiklərindən dövlətin pulu ilə də istədikləri kimi rəftar edirlər. Qeyd edək ki, əyalətlərdəki bu xaotik durumu dəyərləndirən ekspertlər məmurların daha antikorrupsiya təqibi ilə üzləşməməsi səbəbindən arxayınlaşmalarını xüsusi olaraq vurğulamaqdadırlar.

Belə bir acınacaqlı durumun hökm sürdüyü rayonlardan biri də Masallıdır. Bu barədə Vertikal.az-a rayon sakinləri tərəfindən maraqlı informasiyalar ötürülüb. Belə ki, xəbərdə «Aqrolizinq» ASC Masallı rayon filialının direktoru Eldar Hüseynovun və Masallı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon şöbəsinin müdiri Hamil Hadıyevin Masallı Meşə Mühafizəsi və Bərpası idarəsinə aid olan 2500 hektara yaxın əkinə yararsız torpaqları əkin sahəsi kimi sənədləşdirərək dövlətin 350 min manat vəsaitini mənimsədikləri iddia olunur.

Məlumatda deyilir ki, dövlətin kənd təsərrüfatının inkişafına ayırdığı subsidiyalar hələ də bir çox məmurlar tərəfindən saxta sənədlər əsasında mənimsənilir: “«Aqrolizinq» ASC Masallı rayon filialının direktoru Eldar Hüseynov və Masallı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon şöbəsinin müdiri Hamil Hadıyev Masallı Meşə Mühafizəsi və Bərpası idarəsinə aid olan 2500 hektara yaxın əkinə yararsız torpaqları əkin sahəsi kimi sənədləşdirərək dövlətin 350 min manat vəsaitini mənimsəyiblər”.

Daxil olan məlumatda göstərilir ki, Eldar Hüseynov və Hamil Hadıyev həyata keçirlikləri saxta subsidiya əməliyyatı nəticəsində hərəsinə 100 min manat qazanc əldə ediblər. Yerdə qalan 150 min manat vəsaiti isə Masallı rayon İcra Hakimiyyətinin başçısı Ravil Hüseynova çatdırıldığı iddia olunur.

Eldar Hüseynov Masallı “Aqroservis” idarəsinin direktoru Qafil Məmmədovla əlbir olaraq sahibkarlara üçün dövlət tərəfindən verilən 20 tona yaxın traktor yağını və nitrozazafko, azot gübrələrini müxtəlif şəxslərin adına yazdıraraq qara bazarda satdıraraq 80 min manata yaxın qazanc əldə ediblər. Bu da rayondakı qaynaqların dia.az-a ötürdüyü xəbərdə yer alıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net