Cəlilabad Mədəniyyət və Turizm Şöbəsinin müdirinə qarşı – ŞOK İTTİHAMLAR
Tarix: 15-06-2015, 11:29 | Çap et
Cəlilabad Mədəniyyət və Turizm Şöbəsinin müdirinə qarşı – ŞOK İTTİHAMLAR
Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İsa Allahverdiyev tabeçiliyində olan mədəniyyət şöbələrinə haqq qoyur.
Rayon sakini Cabbarov Əfqan Mirhüseyn oğlunun bununla bağlı KİV numayəndələrinə şikayətini təqdim edib:
“Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələrinə, hörmətli jurnalistlərə, qəzet və sayt baş redaktorlarına Cəlilabad rayon sakini, Məhəmməd Hadi küçəsi ev 54 ünvanında yaşayan Cabbarov Əfqan Mirhüseyn oğlu tərəfindən
Müraciət
Hörmətli Kütləvi İnformasiya vasitələri! Respublikamızda gedən sürətli inkişaf bütün Azərbaycan xalqına və dünyaya bəllidir. Ulu öndərimizin layiqli davamçısı hörmətli Prezidentimizin apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz günü-gündən gözəlləşir, abadlaşır. Bu quruculuq abadlıq işləri bütün rayonlarda olduğu kimi Cəlilabad rayonunda da uğurla davam etdirilir. Biz də bir rayon sakini olaraq buna ürəkdən sevinir, dəstəkləyir və əlimizdən gələni əsirgəmirik.
Bütün bu inkişafın qarşısında bəzi arzuolunmaz şəxslər və məmurlar da olur ki, aparılan işlərə kölgə salırlar. Belə şəxslərdən biri də Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İsa Allahverdiyevdir. Ilk öncə onu qeyd etmək istəyirəm ki, mən 2010-cu ildən 2015-ci ilə qədər Ulu öndərimizin adını daşıyan Heydər Əliyev Mərkəzində baş fond mühafizəçisi vəzifəsində çalışmışam. İşimi daim möhkəm tutaraq, bütün ictimai tədbirlərdə yaxından iştirak etmişəm. Lakin İsa Allahverdiyev şöbə müdiri təyin olunduqdan sonra Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsində özbaşınalıq, anarxiya başladı və əvvəlki müdirin qurduğu əsaslı, faydalı iş sistemini tamamilə pozdu.
Birinci ordan başladı ki, əvvəlki müdirin Əmək Məcəlləsinin 70 –ci maddəsi ilə işdən azad etdikləri yaramaz işçiləri qanunsuz olaraq rüşvət müqabilində işə qəbul etdi. Sonra canını rayon mədəniyyətinin inkişafında qoymuş və hətta ağır xəstəliklə üz-üzə qalmış bir sıra şəxsləri eləcə də gəncləri işdən azad etdi. Və bu templə açıq bəyan etdi ki, kim mənə pul verəcək işdə qalacaq, verməyən isə könüllü olaraq ərizəsini yazsın. Bu bildirişdən dərhal sonra bir nəfəri də 20 manat aylıq pul haqqını şöbə müdiri İsa Allahverdiyevə vermədiyinə görə işdən azad etdi. Bu hadisə mətbuat orqanlarında və saytlarda yayımlanaraq Mədəniyyət və Turizm şöbəsinə böyük xələl gətirdi. Ardınca daha bir neçə işçini ərizəsi olmadan və konkret olaraq pul vermədiyinə görə işdən çıxardı. Səbəbində də onu bildirirdi ki, siz əvvəlki müdirə pul verib işə düzəlibsiz indi də yenidən mənə verməlisiniz.
Bu minvalla davam edərək, Ulu öndərimizin adını daşıyan və hər zaman rayonda bütün idarə və müəssisələrə örnək kimi misal çəkilən Heydər Əliyev Mərkəzində işçilərdən pul yığımına başladı. Bütün Mədəniyyət işçilərindən aylıq pul haqqı müəyyənləşdirib yığmağa başladıqdan sonra növbə Heydər Əliyev Mərkəzinə çatdı. Utanmadan Mərkəzin işçilərindən də pul yığmağa başladı. Və növbə çatdı mənə. Bu Mərkəzin nüfuzuna çox yaraşmaz bir vəziyyət yaratdı. Mən də İsa Allahverdiyevə maaşım özümə ancaq yetir, ailəliyəm sənə elə pul verməyə imkanım yoxdur dedikdən sonra uzun müddət mənimlə şəxsi qərəzli münasibət apardı. Həmişə mənə olar-olmaz iradlar tutur, çıxartmaqla hədələyir, izləyir, işə dəqiqə gecikəndə müdirdən təqdimat tələb edir və s. Halbuki pul adıqlarından işə “istəyəndə gəlin hərdən görünün, istəməyəndə gəlməyin deyirdi”. Mən də bütün bu çətinliklərə – mənə qarşı qərəzli münasibət bəsləməsinə, ayrı-seçkilik etməsinə, hər vəchlə məni pul vermədiyimə görə işdən azad etməsi niyyətinə dözməyərək insanlığa sığmayan təklifini qəbul etmək zorunda qaldım. Belə ki, hər ay maaşlar vurulduqdan sonra biz pul verənləri otağında gözləyir və girib pul verib çıxırıq. Mənə bildirdi ki, 100 manat maaş alanlar 20 manat verir sən isə 150 manat aldığına görə hər ay 50 manat verməlisən. Bir yerə də şikayət edərsəm işdən çıxaracağı ilə hədələdi. Mən də məcburən işimin xətrinə, idarəmizin adına xələl gəlməməsi naminə razılaşdım. Bir neçə il belə davam etdikdən sonra “ xərcləri çatdıra bilmirəm deyərək” pul haqlarını qaldırmağa başladı. Rayonda abadlıq quruculuq işlərini bəhanə gətirərək (halbuki heç bir idarədə işçilərdən abadlıq işləri adı altında belə maaşdan pul yığmalara rast gəlməmişəm) üstünə 30 manat da qoyub 80 manat verməyimi tələb etdi. Dedi ki, aldığın maaşı mənimlə yarı böləcəksən. Yenə də etirazımı bildirəndə həmin hədələri ilə məni qorxutmağa çalışsa da bu dəfə razılaşmadım.
Belə olan halda günlərin birində özünün yanında olan bir iki nəfər üzə duran adamlarla sözləşərək məni şərləmək qərarına gəliblər. Belə ki, mənim Mərkəzin qabağında durduğumu gördükdə mənə istehzayla yaxınlaşaraq nə fikirləşdin dediyim məbləğlə razılaşmaq niyyətin yoxdu? deyə sual verdi. Mən də şöbə müdirisiniz ayıbdır çöldə, küçədə belə söhbət etmək deyə bildirdim. Şöbə müdiri İsa Allahverdiyev isə mənə ağıl öyrətmə, mənə heç kim heç nə edə bilməz, heç kimi hərləmirəm, şakaya pul lazımdır deyərək kobudcasına başıma qışqıraraq sən dediyim məbləğdə pulu gətir, gətirməsən torbanı tikəcəm deyə bildirdi. Mən isə mənimlə belə danışmayın bildirmək istəyəndə mənə bir yumruq vurdu. Elə bu andaca sözləşdiyi adamlar da yanına gəldi. Bir sözlə parkın qabağında əlbəyaxa davadan sonra sən artıq işdən azadsan deyərək idarəyə girdi və məni sözləşdiyi adamlarla saxta akt tərtib edərək həmin gün işdən azad etdi.
Bildirmək istəyirəm ki, məhz işə qayıtmağım üçün Sizə müraciət etmirəm. Məqsədim mənim kimi onlarla işçinin hüquqlarının kobud şəkildə pozulmasını, pullarının mənimsənilməsini, rayon sakini kimi Cəlilabad rayonunda Mədəniyyət şöbəsinin nüfuzdan salınmasını Sizə məlumat vermək və bu haqda ciddi ölçü götürməyinizi, ictimailəşdirməyi xahiş etməkdir.
Ulu öndərimizin adını daşıyan Heydər Əliyev Mərkəzinə hazırda da pul alaraq qalmaqallı işçilər götürməkdə davam edir. Mədəniyyət evi söküldüyünə görə şöbə müdiri İsa Allahverdiyev, məsləhətçi və muhasibatlıq hazırda Heydər Əliyev Mərkəzində yerləşmişdir. Aprel ayında Əmək kitabçamı almaq üçün mərkəzə girdikdə gördüm ki, buranı da tamam arzuolunmaz vəziyyətə gətiriblər. Mərkəzin bir xadiməsi olduğuna görə təmizlik işlərini çatdırmadığından hər tərəf palçıq və toz torpaqla dolu idi. Ürəy ağrısı ilə Həmkar olduğum Mədəniyyət işçilərindən soruşduqda ki, bu nə haldı ayıbdır Mərkəzi belə saxlamaq indiyə qədər belə səliqəsizlik olmamışdı burada dedikdə, bildirdi ki, xadimələrin kartları da şöbə müdirinin cibindədir. Vəziyyətdən sui-istifadə edən İsa Allahverdiyev xadimələrə idarənin söküldüyünü bəhanə gətirərək iş yoxdur kartlarınızı verin gedin hələlik istirahət edin, mən çağıranda, Mədəniyyət şöbəsi olanda gələrsiz. Yoxdu mədəniyyət filan, iş də yoxdu pul da. Özü də demək olar ki, gün ərzində yarım saat bir dəfəyə idarədə oturmur. Özünün əlavə yüksək gəlirli biznesləri ilə də məşğul olan İsa Allahverdiyev şöbə müdiri olmağını demək olar ki, unudub. Hiss olunur ki, bu şəxsə bu vəzifə gərək deyil, yaxud da yalnız pul qazanmaq üçün gərəklidir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, Mədəniyyət şöbəsində xadimə ştatlarının 90 faizində yaşlı kişi və oğlanlar çalışır. Bunun da səbəbi yenə pul yığımı faktoru ilə bağlıdır. Çünki xadimə ştatına çox pul verilmədiyindən texniki işçi adıyla vətəndaşları aldadaraq külli miqdarda rüşvət müqabilində kişi cinsin nümayəndələrini həmin xadimə ştatına işə götürür.
Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İsa Allahverdiyev haqda rayonda olur-olmaz söz-söhbətlər dolaşmaqdadır. Rayonda çoxlarının bildiyi bir neçə qadınla yaxınlıq münasibətləri qurmuş və həmin arzuolunmaz insanları hamının gözü qarşısında iş yerinə gətirərək dəfələrlə otağında qonaq etmişdir. Bu da birbaşa olaraq respublikada aparılan uğurlu Mədəniyyət siyasətinə ziddir.
İsa Allahverdiyevin çirkin əməlləri bununla bitmir. Şəhər klubları, kənd mədəniyyət evləri, klub və kitabxanalar nəzarətsiz, bəzi normal işlək vəziyyətdə olanları isə bağlı vəziyyətdə qalır. Səbəbi isə şöbə müdirinin aylıq pul yığmasıdır. Ümumilikdə götürsək şəhər və kənd klublarının, kitabxanalarının 70 faizi yararsız vəziyyətdədir. Işçiləri isə hərəsi ayrı işlərlə məşğul olurlar. Sadəcə pensiya kartı kimi maaş kartlarını ciblərində gəzdirərək aylıq sanki patent alırlar. Bunun da əksər hissəsini şəxsən İsa Allahverdiyevə verirlər. Belə olan halda dövlət büdcəsindən hər ay bir ştat üçün minimum 100, maksimum 150 (AZN) manat vəsait köçürülür ki, bu da dövlət büdcəsinə xeyli zərər vurur. Halbuki bu cür artıq, boş xərclərə ehtiyac yoxdur. Mədəniyyət və Turizm şöbəsində 20 nəfərə yaxın işçi çalışır ki, heç onlar o idarənin qapısını belə tanımırlar. Sadəcə müdirə hələ üstəlik pul da verərək saxta stajlar yazdırırlar. Bildiyimə görə həmin 20-yə yaxın işçinin maaş kartı da şəxsən İsa Allahverdiyevin özündədir. Bu da birbaşa korrupsiya, dövlətin ayırdığı vəsaiti dolayı yolla mənimsəmə faktıdır. Xahiş edirik ki, təcili və təxirəsalınmaz tədbirlər görülsün.
Şəxsən məndən çıxdığım günə qədər aldığı pulları geri tələb edirəm.
İməcliy adı altında eyni zamanda bütün işçilərdən hər ay 1 manatdan pul yığır ki, guya iməcliydə işləməyəcəksiz əvəzinizdə fəhlə işləyəcək. Lakin bu da təsdiqini tapmır. Elan olunan vaxtı iməcliklərə də gedilir və işlər görülür. Axı şöbə müdirinin nə səlahiyyəti var ki, seminarda desin ki, hərə adambaşına bir manat versin və iməcliyə gəlməsin. Bu faktı istənilən bir Mədəniyyət işçisi obyektivliyi qoruyaraq təsdiqləyə bilər. Bu azmış kimi ay ərzində də istədiyi vaxt pul tələb edir. Guya ki, pul çatmayıb yenə lazımdır. Maşınlardan daş boşaldırıq maşın pulu yoxdur. Şəxsən məndən də istəyib ki, hamı daş boşaltmağa görə yenidən pul verir sən vermirsən. Onu qeyd edim ki, həmin vaxt Mədəniyyət evinin yerində tikilən binada gedən işlərə rayon rəhbərliyi özü birbaşa nəzarət edirdi. Bütün söküntüləri dövlət maşınları daşıyır və boşaldırdı. Sonradan məlum oldu ki, İsa Allahverdiyev həmin köhnə daş və materialları şöbə müdiri olduğuna görə vəzifəsindən sui-istifadə edib oğurlayaraq maşınlarla evinə daşıyıb boşaltıdırmış və hissələrə bölüb mülki şəxslərə satdırırmış. Onun üçün isə yenidən işçilərdən pul yığırdı ki, maşın pulu öz cibindən getməsin.
İsa Allahverdiyevin çoxlu sayda cinayət xarakterli işləri var. Sizdən xahiş edirəm ki, Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinə operativ şəkildə yoxlama göndərilərsə, dərindən yoxlatdırılarsa, o zaman mənim yazdıqlarımdan da çox cinayət işi çıxacağının bir daha şahidi olacaqsınız. Hazırda 10 nəfərə yaxın gənc işçini müxtəlif bəhanələrlə işdən azad edib və onlar bu gün də işsiz vəziyyətdə çətinlik çəkirlər. Əvəzində isə şöbədə yaşı 70-i ötmüş onlarla yaşlı işçi var. Onların da hamısı İsa Allahverdiyevə pul verərək hər il vaxtlarını uzadırlar. Ulu öndərimiz və cənab Prezidentimiz həmişə demişdir ki, gənclərə xüsusi diqqət olunsun! Lakin İsa Allahverdiyev bu işdə də Ulu öndərimizin qurduğu Azərbaycanımızda cənab Prezidentimizin həyata keçirdiyi uğurlu gənclər siyasətinin də ziddinə hərəkət edərək siyasətə qarşı çıxır və rayon gəncliyinin haqlı narazı qalmasına səbəb olur. Mən bu haqda Möhtərəm cənab Prezidentimizə, Respublika Prokurorluğuna və onun yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə yazılı müraciət edəcəyəm. Amma bundan əvvəl Sizdən xahiş edirəm ki, İsa Alahverdiyev barəsində ciddi tədbirlərin görülməsi istiqamətində köməklik edəsiniz.
İsa Allahverdiyev Mədəniyyət şöbəsini sözün əsl mənasında alış-veriş mərkəzinə çevirib. Hamıda bir söz varki, hətta danışılır ki, “pensiya düəltməkdən ucuz və sərfəli başa gəlir, komissiyası yox filan yox elə pensiyadır da” kimi ifadələrlə işə düzəlmək istəyirsənsə 1000-2000 manat arası qoy cibinə get İsa Allahverdiyevin yanına, işə düzəl. Belə biabırçılıq olarmı?! Bunun yığdığı pullar, işçilərin əmək haqqısını qanunsuz olaraq birbaşa korrupsiya əməli olaraq mənimsəməsi, idarənin inventar və avadanlıqlarını silərək satıb nağdlaşdırdığı on minlərlə manatlar, rayondakı MMC-lər vasitəsilə saxta yolla maliyyədən pul çıxardıb nağdlaşdırmaq məqsədilə alqı-satqı etdiyi on minlərlə vəsaitlər, 10 manatlıq on günlük işləyərək xarab olan printeri 800 manata, 400 manatlıq kompüteri 2400 manata klublara, kitabxanalara, muzey və mədəniyyət müəssisələrinə təhvil verərək yerli rəhbərliyi və Sizləri aldadaraq əldə etdiyi on min manatlarla dövlət vəsaitinin İsa Allahverdiyevin cibinə getməyindən xəbərdarsınızmı?!
Möhtərəm Prezidentimiz dəfələrlə vurğulayıb ki, “korrupsiya əməlləri barədə, qudurğanlıq barədə, vətəndaşları narazı salan dövlət məmurları haqqında” dərhal mənə məlumat verin. Mən də bunu əsas tutaraq, vətəndaşlıq mövqeyindən çıxış edib Sizin vasitənizlə bu məsələnin ictimailəşdirilməsini xahiş edirəm. Söhbət böyük cinayət faktlarından gedir. 100 illər boyu qorunan Mədəniyyətimizi qəpik-quruşa satan Mədəniyyət müdirinin bu cinayətləri törətməyə necə haqqı çata bilər?!
Seminar günü bütün Klublar, Mədəniyyət evləri, Kitabxanalar onun qılıncının altından keçməlidir, yoxsa əks təqdirdə çalışdığı müəssisə bağlana bilər. Əvvəlki müdirin vaxtında seminar günləri hər ayın 25-də keçirilərdi. İsa Allahverdiyev müdir təyin olunduqdan isə bu tarix hər ayın 3-nə keçirildi. Çünki kənd işçiləri seminara ayın 25-də gəlir və maaşı almaq üçün də yenidən rayona gəlməli olurdular. Maaşı aldıqdan sonra da bəziləri gizlənərək şöbə müdirinə pulu gec verirdilər. Bu da İsa Allahverdiyevin artıq pul itgisinə səbəb olurdu. İşçilərin belə pulu gecikdirdiyini görərək, fürsətdən istifadə edən şöbə müdiri o səbəbdən də işçilərin maaşlarını 25-də yox, 3-nə qədər almasını nəzərə alıb və elə müdir üçün də rahat olsun deyə maaş almağa gələndə kənddən elə birdəfəlik hazırlıqlı gəlsinlər, həm yalançı, dırnaqarası keçirdiyi seminara həm də aylıq pul verməyə. Qısası seminar adı şousu altında pul yığımı reallığı Cəlilabad Mədəniyyətini bürüyüb. Və bir gün qəzəbli işçilərin sosial partlayışına səbəb olacaqdır.
Başı birbaşa korrupsiya əməllərinə qarışan İsa Allahverdiyevin rayon daxilində nüfuzu da qalmamışdır. 2 manat da olsa yığaraq, “ver işini gör” deyə müdir kimi tanınır. Imkanı yetdiyi qədər rayon tədbirlərində çalışır ki, 1 manat belə pulu çıxmasın, çıxmır da.
Nəticədə isə əksər rayon tədbirlərində ictimaiyyətin haqlı xoşagəlməz istehzalı gülüşünə səbəb olacaq gülünc vəziyyət yaradır.
Mənim Sizə etdiyim bu müraciətin cavabsız qalmayacağına, İsa Allahverdiyev haqda ciddi tədbirlərin görülməsinə şərait yaradacağınıza inandığımı bildirərək, xahiş edirəm ki, İsa Allahverdiyevin göz qabağında olan bütün qanunsuz, korrupsiya əməllərinin sübuta yetirilərək qanun qarşısında cavab verib, həbs olunana qədər mənə köməklik və dəstəyinizi göstərəsiniz.
Əvvəlcədən öz təşəkkürümü bildirirəm.
Region-Xeber.info məsələ ilə bağlı Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İsa Allahverdiyevlə telefon əlaqəsi saxlayıb onun barəsində səslənən itdihamlara aydınlıq gətirməsini xahiş edib. İsa Allahverdiyev itdihamlara belə cavab verib Cabbarov Əfqan işçim olub onu işdən uzaqlaşdırdığım üçün mənim barəmdə yalan fukirlər səsləndirib yazılanlar böhtandır deyib bunla kifayətləndi (Region-Xeber.info)”
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net