“Laba” da BeynəlxalqBank qalmaqalının qurbanı ola bilər...
Tarix: 19-05-2015, 09:31 | Çap et
“Laba” da BeynəlxalqBank qalmaqalının qurbanı ola bilər...
Bu gün ölkədəki “maliyyə xəyanəti” qalmaqalı bir çox dairələrə narahat günlər yaşatmaqdadır. Həbs olunan oliqarxlarla bağlı isə günü-gündən ilginc faktlar açıqlanır. Vertikal.az isə daha da ilginc məlumatlar əldə edib. Redaksiyamıza məlumat verən mənbə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin ən yaxın adamlarının da adlarının maliyyə qalmaqalına bulaşdığını bildiriri.

Xəbərə görə, Beynəlxalq bankdan kredit götürənlər arasında “Laba” kimi tanınan ARDNŞ Təhlükəsizlik İdarəsinin rəis müavini Mübariz Pənahov da var. M.Pənahov Beynəlxalq bankdan 50 milyon kredit götürərək hazırda Almaniyada yaşayan, həmyerlisi “Quska” kimi tanınan Hüseyn Abdullayevlə şərikli olaraq Tailandda şokalad fabriki qurub.

Bundan əlavə, M.Pənahov yenə H.Abdullayevlə şərikli olaraq Almaniyadakı şəhərlərdən birində kafe açıblar. M.Pənahovu aldığı krediti ölkədən kənardakı biznesi üçün sərf edib. Həmin məbləğin bir hissəsi isə Ukraynaya yatırılıb. “Laba” orada əsasən kriminal aləmdəki əlaqələrindən istifadə edib. Həmin əlaqələrinin köməyi ilə orada da fabrik açıb. Onun obyektəri təkcə bunlardan ibarət deyil.

Vertikal.az yeni faktları təqdim edəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net