AMEA: “Vulkan püskürən ərazidə hər hansı tədqiqat işinin aparılması qeyri-mümkündür”
Tarix: 5-07-2021, 16:03 | Çap et
AMEA: “Vulkan püskürən ərazidə hər hansı tədqiqat işinin aparılması qeyri-mümkündür”
AMEA Xəzər dənizində baş verən palçıq vulkanının püskürməsi ilə bağlı məlumat yayıb.

Məlumata görə, aparılan dəqiqləşdirmələr nəticəsində məlum olub ki, dünən təxminən 21:50 radələrində püskürməsi qeydə alınan vulkan Bakı arxipelaqı adlanan neftli-qazlı rayonda yerləşən Daşlıdır. Vulkan Bakıdan təxminən 75 kilometr cənub-qərbdə yerləşir. Azərbaycanın aktiv vulkanlarından hesab olunur. 1920-ci və 1945-ci illərdə indiki kimi odlu püskürmələri qeydə alınıb.

Daşlı vulkanın güclü püskürməsi nəticəsində qeydə alınan alov sütununun hündürlüyü 500 metr hündürlükdən də artıq olub. Bu da çox güman ki, sözügedən vulkanın uzun müddət ərzində püskürməməsi və böyük enerji toplaması ilə əlaqədar olub.

Şimalda yerləşən nisbətən böyük ada vulkanlarına, o cümlədən Səngi-Muğan, Xarə-Zirəyə görə Daşlının püskürdüyü palçıq kütləsi kiçik sahədə yayılıb. Vulkanın dənizdə yerləşməsi və palçığın gec quruması ilə əlaqədar, hazırda hadisə yerində hər hansı tədqiqat işinin aparılması qeyri-mümkündür.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net