Planetin irimiqyaslı yaşıllaşdırılması iqlim dəyişikliklərinə təsir etməyəcək
Tarix: 30-05-2021, 15:11 | Çap et
Planetin irimiqyaslı yaşıllaşdırılması iqlim dəyişikliklərinə təsir etməyəcək

Planetin irimiqyaslı yaşıllaşdırılması iqlim dəyişikliklərinə təsir etməyəcək

Bəzi aktivistlər və ekoloqlar Yer kürəsinin atmosferini CO2-dən təmizləmək və iqlim dəyişikliklərinin qarşısını almaq üçün irimiqyaslı ağac əkimini təklif edirlər. Lakin amerikalı tədqiqatçılar belə qənaətə gəliblər ki, planetin irimiqyaslı yaşıllaşdırılması yaranmış vəziyyəti dəyişmək gücündə deyil və CO2 emissiyasının birbaşa qarşısının alınması üçün yeganə çıxış yolu kimi qəbul edilməməlidir. Bu barədə Science Daily saytı xəbər verib. “Biz, ağac əkməklə iqlim böhranından çıxa bilmərik” - deyə Arizona Univeriteninin mütəxəssisi David Breshears qeyd edib. Vəsaitləri ağacların əkilməsinə sərf etmək əvəzinə ən məntiqlisi mövcud olan ağacların sağlamlıqlarını qorumağa diqqətin ayrılmasıdır.

Bu halda onlar fotosintez yolu ilə CO2-ni uda və onu gövdələr ilə torpaqda yığa bilərlər. Bununla paralel olaraq CO2 emissiyasını mümkün olduğu qədər aşağı salmaq lazımdır. Əgər bu öhdəlikləri yerinə yetirmək mümkün olmasa, CO2 böyük miqdarda atmosferə ifraz olunacaq və bu da öz növbəsində iqlim dəyişikliklərini sürətləndirərək insanların asılı olduqları ekosistemə təsir göstərəcək. Mövcud olan ağacların qorunması meşə təsərrüfatı sahəsinə tamamilə fərqli yanaşmanı tələb edəcək. İlk növbədə başa düşmək lazımdır ki, planetin yaşıllıq örtüyü dəyişməyə başlayacaq. Daha isti və quru iqlim nəticəsində meşə yanğınları ilə quraqlıqların sayı artacaq. Bununla yanaşı meşələrin kəsilməsi davam edəcək.

Buna əsasən tropik meşələrdə rast gəlmək olar. “Ağacların əkilməsi bəzi ekoloqlar üçün cəlbedici görünür. Lakin bu, dəliyə sahib vedrə ilə su daşımağa bənzəyir. Ağacların saylarının artım prosesinin yaranan istiliyi ləngitməsinə baxmayaraq biz eyni anda həmin ağacları istilik səbəbilə itiririk” - deyə mütəxəssis qeyd edib. Mütəxəssislər ağacları yanğınlardan daha aktiv şəkildə qorumağı və uyğun olmayan iqlim zonasında olan ağaclar üçün daha uyğun iqlim mühitinin seçilməsini təklif edirlər. Təbii ki, bu cür proseslər meşə təsərrüfatı sahəsinə olan maliyyələşdirmənin yüksəldilməsini tələb edəcək. Lakin bu xərcləri insanlar üçün pulsuz şəkildə CO2 yığımı il məşğul olan sistemə lazımi investisiyalar kimi qəbul etmək lazımdır.

Technote.az




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net