Ağcabədinin icra başçısı talana rəhbərlik edir
Tarix: 12-03-2015, 10:38 |
Çap et
«Şahin Məmmədov Ağcabədi rayonunu Suvarma Sistemləri İdarəsinin müdiri Əli Əliyevin və onun oğlu Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyevin ixtiyarına buraxıb və Ağcabədidə ata oğul Əliyevlərin zülmü ərşə dirənir». Bu sözlərlə bir qrup Ağcabədi sakini Vertikal.az-a müraciət ediblər. Sakinlər iddia edirlər ki, icra başçısı Şahin Məmmədov Ağcabədini Əli və Aqil Əliyevin əli ilə talamaqla məşğuldur və ona görə də ata-oğul Əliyevlərə heç kim gözün üstə qaşın var deyə bilmir.Daxil olan müracitədə bildirilir ki, Əli Əliyev və oğlu Aqil Əliyev bir çox idarə müdirlərindən aylıq toplayaraq Şahin Məmmədova çatdırırlar. Buna misal olaraq isə bildirilir ki, Ağcabədi Meliorasiya İdarəsinin, Subartezan Sistemləri İadrəsinin və Meliorasi idarə müdirlərindən hər ay ümumilikdə 20 min manat «aylıq» toplayır və həmin «aylıq»ları Şahin Məmmədova çatdırır. Oğlu Aqil Əliyevin isə hər müxtəlif büdcə idarələrindən icra başçısı üçün 50 min manatdan artıq «aylıq» topladığı iddia olunur.
Bundan başqa sakinlər hər il yay aylarında, əkinlərin suvarılması zamanı Əli Əliyevin zülmündən bezdiklərini bildirirlər. Belə ki, kasıb əhali bir qayda olaraq suya həsrət qalır. Əli Əliyev suyu daha imkanlı şəxslərə versə də, kasıb əhalidən əvvəlcədən su pulu ioplamağı da unutmur. Kasıb kəndlilərin aldığı isə əsasən su deyil, tüpürcək misalı bir şeyolur. Yəni kəndlilər özlərinə məxsus olan bir neçə hektar yeri suvarmaq üçün həftələrlə vaxt itirirlər. Nəticədə isə əkin sahələrinin suvarılmasını söyləmək belə mümkün olmur. Ən əsası min kvadratmetrlərlə su itkiyə verilir. Bütün bunlardan isə Əli Əliyevin yaxşı gəlir əldə etdiyi bildirilir. Belə ki, sakinlərin bildirdiyinə görə hər il Əli Əliyev Ağcabədi sakinlərindən yarım milyona qədər vəsait toplasa da, bu vəsaitin ancaq cüzi bir hissəsini hesaba köçürür. Əksəriyyət hissə isə bir qayda olaraq Əli Əliyev tərfindən mənimsənilir. Bütün bu mənimsəmələrin əsas ortağı isə icra başçısı Şahin Məmmədov olduğu bildirilir.
Şikayətçilər bildirilər ki, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla münasibətlərinin “isti” olması isə Ağcabədinin qeyri-rəsmi oliqarxları olan ata və oğul Əliyevlərə daha da dvident gətirməkdədir. Çünki Aqil Əliyev və atası Əli Əliyev hər kəsə meydan oxumaqla bərabər, həmçinin onlardan şikayətçi olanları Şahin Məmmədovun adı ilə şantaj edir və həbslə hhədələyirlər. Eyni zamanada rayonicra hakimiyyətində yüksək vəzifə tutan şəxslərin ailəsi haqqında yalan iyrənc şaiyələr yaymaqla bərabər onlar barədə regiondakı mətbuat işçilərinin əli ilə müxtəlif xəbər saytlarına məlumatlar da ötürürlər. Qeyd edək ki, rayon sakinləri Əli Əliyevlə oğlu Aqil Əliyevin dövlətdən oğurladıqları milyonlar hesabına əldə etdikləri mal mülkləri, obyektləri, xarici aftomobillər və sair daşınmaz əmlakları barədə redaksiyamıza ilginc məlumat ötürüblər. Göndərilən informasiyanı araşdırdıqdan sonra oxucularımıza çatdıracağıq.