Azərbaycanda əhali ən çox nəyə pul xərcləyir? - CƏDVƏL
Tarix: 12-08-2020, 11:41 |
Çap et
Azərbaycanda aylıq adambaşına düşən istehlak xərcləri artıb.
Oxu.Az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, ölkə üzrə 2019-cu ildə adambaşına düşən istehlak xərci 298 manat 40 qəpik təşkil edib.
2018-ci ildə isə bu rəqəm 286 manat olub.
2019-cu ildə istehlak xərclərində ərzaq məhsulları birinci yerdədir. Belə ki, Azərbaycan əhalisi ayda adambaşına 123 manat 80 qəpik ərzağa pul xərcləyir.
Əhali ayda adambaşına 1 manat 60 manat alkoqollu içkilərə, 4 manat 30 qəpik tütün məhsullarına, 18 manat 40 qəpik paltar və ayaqqabıya pul xərcləyir.