Əhvalı yüksəldən qidalar
Tarix: 11-08-2020, 07:05 | Çap et
Əhvalı yüksəldən qidalar

Şokolad və banan əhval-ruhiyyəni artıran qidalar sayılsa da, gününüzü yaxşılaşdıra biləcək digər qidalar da mövcuddur.

“Report” xəbər verir ki, Neuropsixoloq İrina Hvinqiya “Sputnik” radiosuna fərqli məhsulların insana necə təsir göstərdiyini söyləyib.

Beyin və endokrin sistem insanın əhval-ruhiyyəsindən məsuldur. Gününüzü pozitiv etmək üçün bədənin bu iki hissəsindən birini stimullaşdırmaq lazımdır.

“Yağlı balıqlar ümumi tonu yaxşılaşdırmağa və tərkibindəki yod sayəsində diqqət konsentrasiyasını artırmağa kömək edir. Dəniz yosunu da faydalıdır, çünki tərkibində böyrəküstü vəzilərin işini yaxşılaşdıran bütün vitamin spektri var və onlar da öz növbəsində adrenalin və norepinefrin istehsalına təsir edir.

Fındıq, qoz və püstə də yeyə bilərsiniz. Əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün mütəmadi olaraq gündə 50 qram istehlak etmək kifayətdir”-deyə, o bildirib.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net