ABŞ-dakı Harvard Tibb Məktəbinin alimləri koronavirusa yoluxanlarda qoxubilmə hissinin itməsi probleminin səbəblərini araşdırıblar.
“Ridus” xəbər verir ki, elm adamlarının fikrincə, COVID-19 xəstələrində qoxubilmənin itməsinə səbəb virusun birbaşa neyronları zədələməsi deyil. Zədələnən sadəcə həmin neyronları dəstəkləyən hüceyrələrdir.
Bu səbəbdən, alimlərin gəldikləri qənaətə görə, bir çox hallarda SARS-CoV-2 qoxubilmədə iştirak edən sinir zəncirlərinə toxunmur və dayanıqlı anosmiyaya gətirib çıxarmır.
Qeyd edək ki, qoxubilmənin itməsi koronavirusun birbaşa simptomu hesab olunur və diqnostikada yüksək temperaturdan da etibarlı əlamət kimi qiymətləndirilir.