Virusa qarşı antibiotiklərin dəhşətli nəticələri barədə xəbərdarlıq edildi
Tarix: 12-07-2020, 11:27 | Çap et
Virusa qarşı antibiotiklərin dəhşətli nəticələri barədə xəbərdarlıq edildi
Tibb işçiləri virus infeksiyalarından profilaktik tədbir olaraq antibiotikləri təyin edə bilərlər, lakin nəticədə bu, bakterial ağırlaşma hallarının xeyli sayda artmasına gətirir.

Lenta.ru-nun məlumatına görə, antibiotiklərin dəhşətli nəticələri barədə məşhur ukraynalı həkim və aparıcı Yevgeni Komarovski özünün “İnstagram” hesabında xəbərdarlıq edib.

Onun sözlərinə görə, insanı müəyyən bakteriya qrupundan xilas edə bilən antibiotik, digər patogen orqanizmlərin çoxalmasına da töhfə verə bilər.

“Həkimlər bilir ki, virus infeksiyası üçün antibiotik təyin edillməsə və sonra sətəlcəm meydana gəlsə, pasiyentlər deyəcəklər ki, bizə heç nə təyin etmədiniz, indi sizin üzünüzdən ağciyər sətəlcəmi olmuşuq”, - deyə mütəxəssis bildirib.

Komarovski infeksion xəstəlik üçün vitamin qəbul etməyin də mənasız olduğunu bildirib. Onun sözlərinə görə, ancaq avitaminoz varsa, onları içmək olar.

Həkim onu da bildirib ki, vitamin kompleksi ancaq insan özünütəcridə düzgün hazırlaşmadığı və zərərli qida ehtiyatı topladığı halda faydalı ola billər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net