Nüvə tərksilahı danışıqları nəticəsiz qalıb-dünya təhlükəli istiqamətə doğru gedir
Tarix: 25-06-2020, 01:20 | Çap et
Nüvə tərksilahı danışıqları nəticəsiz qalıb-dünya təhlükəli istiqamətə doğru gedir
“Artıq nə Rusiya, nə də ABŞ Strateji Silahların Məhdudlaşdırılması (SSM-3) haqqında müavilənin uzadılmasında tam maraqlıdır. Bu yöndə aparılan müzakirələrin gedişatından isə danışmağa belə dəyməz”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu cümlə Almaniyanın “Handelsblatt” qəzetinin analitik yazısında yer alıb.

Qəzetin verdiyi xəbərə görə, tərəflər arasında son danışıqlar Avstriyanın paytaxtı Vyana şəhərində gedib. Rusiyanı xarici işlər nazirinin müavini Sergey Ryabkov, ABŞ-ı isə prezidentin tərksilah üzrə xüsusi nümayəndəsi Marşall Billinqsli təmsil ediblər.

Qəzet M.Billinqsilinin nüvə tərksilahı barədə müzakirələrin “olduqca apozitiv” deyə qələmə verməsinin qəribə qarşılandığını bildirir. Çünki işçi qruplarının yaradılmasına və danışıqların ikinci turunun davam etdrilməsinə yönəlik nikbin çağırışlar hələ bu yöndə hər hansı tərəqqi əldə olunduğundan xəbər vermir. “Həm ABŞ, həm də Rusiyanın SSM-3-lə bağlı mövqeləri dəyişməz olaraq qalıb”,-deyə jurnalist Andre Ballen yazır.

2010-cu ildə Barak Obama və Dmitri Medvedev arasında Çexiyanın paytaxtı Praqa şəhərində imzalanan bu sazişin daha 5 il uzadılmasında Rusiya tərəfi daha maraqlı görünsə də, amerikalılar belə yeni şərtlər altında ruslarla razılığa gəlmək istəmirlər.

Obama-Medvedev görüşündə Qarabağ probleminin yeri

Donald Tramp müzakirələrə Çinin də qatılmasını təkid edir. Lakin rəsmi Pekin hələ bununla bağlı heç bir addım atmaq fikrində görünmür. Rusiya isə öz strateji tərəfdaşına problemlə əlaqədar xüsusi təzyiq göstərmək niyyətində deyil.

“Bu mənada Trampın mövqeyini anlamaq lazımdır. Çünki son 30 ildə dünyada qüvvələr balansı xeyli dəyişib. Çin artıq supergücə malik nüvə dövlətinə çevrilib və bu məqam olduqca ciddi qəbul olunur”,-deyə yazıda qeyd edilir.

Ekspertlər: “ABŞ-ın Rusiya və Çinlə müharibəsi mümkündür”Nüvə tərksilahı danışıqları nəticəsiz qalıb-dünya təhlükəli istiqamətə doğru gedir

“Lakin ABŞ prezidenti bununla bağlı apardığı siyasət və tətbiq etdiyi metodlar beynəlxalq təhlükəsizliyin dərəcəsini artırmaq yerinə onu daha da aşağı salır. Tramp tərksilahla bağlı əldə olunan razılaşmaları bir-bir dağıtmaqla məşğuldur. Bu cür yolla təhlükəsizliyi təmin etmək olmaz. Belə getsə, Ağ Evin hazırkı rəhbərinin adı tarixə beynəlxalq təhlükəsizliklə əlaqədar mühüm sazişlərin pozucusu kimi düşəcək”,-deyə məqalənin sonunda qaranlıq proqnoz verilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net