Koronavirus toplu immunitetlə dəf edilə bilər
Tarix: 24-06-2020, 15:58 | Çap et
Koronavirus toplu immunitetlə dəf edilə bilər

COVID-19 virusuna yoluxub sağalmış, yaxud peyvənd edilmiş şəxslərin 43 faizində immunitet yaradığı halda, epidemiyanın qarşısı alına bilər.

“Report” xəbər verir ki, Nottingam Universiteti və Stokholm Universitetlərinin elmi işçilərinin tərtib etdikləri riyazi modeldə insanlar yaş həddi və sosial fəallıq dərəcəsinə görə təsnifləndirilərkən 43 faizlik göstərici toplu immunitet üçün dəqiq qiymətləndirmə olaraq qəbul edilir.

"Science" nəşrində dərc olunmuş araşdırmaya görə, toplu immunitet səviyyəsi virusa qarşı dayanıqlı olub onun ötürülməsi prosesindən ayrı düşən şəxslərin xüsusi payıdır. Toplu immunitet sosial məsafə, təcrid, karantin kimi məhdudlaşdırıcı tədbirlərin dayandırıldığı bir vaxtda ön plana çıxır.

“Toplumun immunitetinin inkişafını qiymətləndirmək üçün riyazi üsullara əl ataraq bunun 43 faiz səviyyəsində məqbul həddə olacağını ayırd etdik. Məlum oldu ki, cəmiyyət daha fəal olanda toplu immunitetə nail olaraq xəstəliyə daha tez qalib gəlir”, - Nottingam Universitetinin professoru Frank Boll fikirlərini çatdırıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net