Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitində də qulluq etmək sizi daha da gözəlləşdirə və gənc saxlaya bilər. Üz qulluğu qədər bədən də önəmlidir.Axşam.az xəbər verir ki, yaş ötdükcə bədəndə selülitlər yaranır. Bunları evdə maskalarla aradan qaldıra bilərsiniz.
Xanımlar üçün asan maskalar təqdim edirik. Aşağıdakı məsləhətlərin hər hansı birinə heç olmasa gün ərzində 10 dəqiqə əməl etsəniz, nəticə gözlədiyinizdən də əla olacaq.
1. Qreypfrut, rozmarin, çobanyastığı və limon yağından 3 damcı töküb qarışdırın. Bu qarışıqla sellülitli hissələrə çəkib, masaj edin. Ardından isti vanna qəbul et. Prosesi 1 həftə davam etdir, 7 gün ara verdikdən sonra yenidən başla.
2. Gündə iki dəfə - səhər və axşam quru əllərlə bud və qarın hissəni ən azı 5 dəqiqə masaj edin. Bundan sonra isti vanna mütləqdir. Axırda bədəninizə krem çəkməyi də unutmayın.
Düyülü pilinq
Dəriniz daha gözəl və cavan görünəcək
Tərkibində çoxlu miqdarda B vitamini olan düyü dəri üçün ən yaxşı qoruyucu vasitələrdən biridir. Yapon qadınlarının təmiz və hamar dərilərinin sirri də elə düyü maskası və kirşanıdır. Tərkibindəki RR vitamini streslə mübarizə aparmağa kömək edir, dərinin elastikliyini artırır. Buna görə də düyüdən maska hazırlayıb, üzə çəkmək super-effekt yaradacaq.
· Düyünü suda isladıb, üzünüzə kompres edin. 15 dəqiqə saxladıqdan sonra üzü nəm parça ilə silin. Bitkinin tərkibindəki EE vitamini dəridəki ölü hüceyrələri aradan qaldıracaq, dərini zədələrdən qoruyacaq. Düyü qırışların açılmasına, dərinin daha da cavanlaşmasına kömək edəcək.
· Hər gün üzünüzə düyü yağı çəkin.
· Düyünü yuyub, blenderdə əzin. Üzərinə 2 xörək qaşığı isti süd, töküb qarışdırın. Alınan maddəni qalın formada üzə çəkin. 10-15 dəqiqədən sonra maskanı silib, üzü su ilə yuyun. Maska dərini daha yumşaq və hamar edəcək, qan dövranını yaxşılaşdıracaq.