“AccessBank”ın rəhbəri Hoffmann Azərbaycan xalqından nə istəyir?
Tarix: 21-04-2015, 10:00 | Çap et
“AccessBank”ın rəhbəri Hoffmann Azərbaycan xalqından nə istəyir?
Qafqaz Xəbər Agentliyinə ( qafqaznews.az ) Cəlilabad rayonu, Qarazəncir kənd sakini Bayramov Camalxan İsa oğlunun müraciəti daxil olub. Müraciəti qısa ixtisarla dərc edirik: “ Bildirirəm ki, “AccessBank” yeznəm Əhmədov Fikrət Zahidxan oğluna 29 faizlə 7000 manat kredit vermişdir. Onun 5 ayını ödədikdən sonra yeznəm Fikrət qəflətən yol avtoqəzasına düşərək vəfat etdi. Vəfat etdikdən sonra da üstündə yığılan puldan kreditin 3 ayı ödənmişdir. İndi qızım 3 körpə uşaqla imkansız vəziyyətdədir. Hazırda bankın işçiləri yaxamızdan yapışıb qalan pulu tələb edirlər. Mən özüm də 1-ci qrup xəstəyəm, qoca kişiyəm, ailə şəraitimiz olduqca ağırdır. Bankın işçiləri gəlib qızımdan hər gün tələb edir ki, evinizi satmalı da olsa, bizim pulumuzu verməlisiz. “AccessBank”ın rəhbəri Hoffmann Azərbaycan xalqından nə istəyir? Bizim ölkədə bank ölən adamın da evini əlindən ala bilir, dəfələrlə bu cinayətin şahidi olmuşuq. Hazırda 3 uşaq və qızım bir yerdə dövlətdən cəmi 150 manat “yetim pulu” alırlar, bank istəyir ki, həmin pulu ödənişə yönəltsin”. Şikayətçi müraciətinin sonunda xahiş edir ki: “ Bizim ailəni, o cümlədən sələm altında inildəyən Azərbaycan xalqının digər zavallı nümayəndələrini bank zülmündən qurtarın”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net