Azərbaycanda onlayn oyunlar şagirdlərin 6%-nin davamiyyətinə mənfi təsir edir - ARAŞDIRMA
Tarix: 19-05-2020, 09:58 | Çap et
Azərbaycanda onlayn oyunlar şagirdlərin 6%-nin davamiyyətinə mənfi təsir edir - ARAŞDIRMA

Azərbaycanda uşaqların üçdə biri (32%-i) video-oyunlara hər gün iki saatadək vaxt sərf edir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Kaspersky" şirkətinin Azərbaycan üzrə apardığı araşdırmada bildirilir.

Araşdırma çərçivəsində aparılan sorğuda uşaqları 18 yaşınadək olan 300 valideyn iştirak edib.

Araşdırmanın nəticələrinə əsasən məlum olub ki, Azərbaycanda gənc istifadəçilərin 6%-i video-oyunlara daha çox vaxt ayırır və bu da onlarda məktəb proqramından geriqalma problemi yaradır.

Bununla yanaşı, uşaqların üçdə biri ümumiyyətlə video-oyun oynamır.

Pandemiya dövründə uşaqlar məsafədən öyrənmə, həmyaşıdları ilə canlı ünsiyyətin və fiziki aktivliyin olmadığı səbəbdən kompüter qarşısında daha çox vaxt keçirir. Çox vaxt onlar sadəcə nə ilə məşğul olacaqlarını bilmir və sadəcə kompüter arxasında səmərəsiz vaxt keçirirlər. Bu səbəbdən mövcud şəraitdə internet gənc istifadəçilərdə asılılıq və psixoloji problemlərin yaranma riskini artırır.

Eyni zamanda bəzi onlayn oyunlar uşaqlarda sosiallaşma – digər oyunçularla ünsiyyət yaratma imkanı yaradır.

"Kaspersky"nin tədqiqatına əsasən, Azərbaycanda uşaqların 42%-i onlayn multipleyer oyunlarından istifadə edir. Belə ki, daha yüksək göstərici 15-18 yaşlı yeniyetmələr arasındadır (59%). Şirkət valideynlərə övladlarının sevdiyi oyunun yaş həddinə diqqət yetirməyi tövsiyə olunur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net