Ekologiya naziri Hüseynqulu Bağırov “yaşıl soyqırım”da ittiham olunur - Fotolar
Tarix: 15-06-2017, 13:59 | Çap et
Ekologiya naziri Hüseynqulu Bağırov “yaşıl soyqırım”da ittiham olunur - Fotolar
Ölkə mətbuatında Azərbaycanın bəzi bölgələrində meşə massivlərinin məhvilə bağlı zaman-zaman həyəcan təbili çalınıb.

Vertikal.az-ın xəbərinə görə, bu dəfə 24saat.org saytı "yaşıl soyqırım”la bağlı məlumat əldə edib.

Sayt yazır ki, bu günlərdə Şabran rayonunun Pirəbədil və Zeyvə kəndləri ərazisində yerləşən meşə zolağındakı böyük ərazidə fısdıq və palıd ağacları kütləvi şəkildə kəsilsə də, bu qanunsuzluq səlahiyyətli orqanların, konkret olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının diqqətindən yayınıb.

Hətta saytın əməkdaşları Şabran rayonu ərazisində çəkiliş apararaq "yaşıl soyqırım”a dair təkzibolunmaz faktlar da əldə ediblər.

Eyni zamanda kəsilən ağacların ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova məxsus olduğu iddia edilən parket sexinə (Ceyranbatan ərazisində yerləşir) daşındığı ehtimal olunur. Saytın əməkdaşları hələlik bu faktı təsdiqləyəcək ciddi sübutlar toplaya bilməsələr də, kəsilən ağacların həm də Xaşmaz rayonunda yerləşən 2 parket sexinə də satıldığına dair iddialar var.

Sayt "yaşıl soyqırım”la bağlı video-material da yayımlayıb və hesab edirlər ki, H.Bağırovun rəhbərlik etdiyi nazirlik məsələyə aydınlıq gətirəcək.





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net