Süleyman Mikayılov prezidentin sərəncam və tapşırıqlarını saymır? - FAKTLAR
Tarix: 28-03-2016, 10:24 | Çap et
Süleyman Mikayılov prezidentin sərəncam və tapşırıqlarını saymır? - FAKTLAR
Qaradağın icra başçısı Süleyman Mikayılovun adı milyonluq korrupsiyada hallanır.
Prezidentin 6 aprel 2011-ci ildə rayonun Ələt və Qobustan qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncam yerinə yetirilməyib.
10 milyonluq müəmma
Halbuki həmin dövrdə prezidentin ehtiyat fondundan Qaradağ rayon İcra Hakimiyyətinə 6 milyon manat, o cümlədən Ələt qəsəbəsində 32 saylı şəhər poliklinikasının yenidən qurulması üçün 1 milyon manat və 110 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri üçün 1 milyon manat, Qobustan qəsəbəsində 17 saylı birləşmiş şəhər xəstəxanasının yenidən qurulması üçün 2 milyon manat və 800 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2 milyon manat məbləğində vəsait ayrılıb. Məlumata görə, S.Mikayılov keçən beş il ərzində ümumilikdə rayona ayrılan 10 milyon manatı mənimsəməklə verilən tapşırığı yerinə yetirməyib.
13 və 3 iyun sərəncamlarının aqibəti
13 iyun 2013-cü ildə prezidentin başqa bir sərəncamı ilə Qaradağ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, Ələt və Qobustan qəsəbələri ərazisində iyirmi altı min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 20,1 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə dövlət büdcəsindən 2 milyon manat ayrıldı. Qaradağ RİH-nin balansına köçürülən vəsaitin bu günə qədər hansı məqsədlər üçün istifadə olunması ilə bağlı heç bir fakt yoxdur.
3 iyun 2015-ci ildə Qaradağ Sənaye Parkının yaradılması haqqında prezidentin növbəti sərəncamı imzalandı. Lakin 9 ay keçməsinə baxmayaraq bu sahədə heç bir addım atılmayıb. İH-nin 28 iyul 2105-ci il hesabatında da kifayət qədər ziddiyətli məqamlar var. 2015-ci ildə rayonda orta aylıq əmək haqqı 701 manat olub. Lakin fantastik dərəcədə şişirdilən bu rəqəm reallığı əks etdirmir.
İş təminatındakı yalan
Araşdırma zamanı rayon sakinlərinin işlə təmin olunmasında ciddi qüsurların olduğu, əmək yarmarkalarının isə ümumiyyətlə keçirilmədiyi məlum olub. Qeyd olunur ki, “Azfen” və “Tekfen” şirkətlərində rayon sakinlərinin işlə təmin olunması üçün tədbirlər keçirilib. Lakin araşdırma zamanı məlum olur ki, sözügedən şirkətlərdə çalışan işçilərin yalnız cüzi bir hissəsini yerli sakinlər təşkil edir.
Süleyman Mikayılovun “hasarlama siyasi” isə nisbətən təqdirəlayidir. Rayonun bütün eybəcərliklərini ustalıqla gizlətməyi bacaran icra başçısı büdcədən ayrılan milyonlarla manatı bu sahəyə yönəltməkdə xəsislik etmir.
Təkcə ötən il məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində yardımçı və təsərrüfat məqsədli tikililərin qarşısında 3 000 kv.metr istinad divarı hörülərək gizlədilib. Halbuki həmin vəsait köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına ayrılsaydı, gizlətməyə ehtiyac qalmazdı..
Qarşı tərəfi dinləməyə hazırıq. (Vizual.az)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net